Mobil versiya
Köhnə televizoru olanlara BƏD XƏBƏR - Video
Tarix: 30-09-2016 | Saat: 14:36
Bölmə:Gündəm | çapa göndər




Noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan


Xəbər verdiyimiz kimi, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq.

Şuradan verilən məlumata görə, rəqəmsal yayımı qəbul etmək üçün hansı televizorlarda qəbuledici mexanizm yoxdursa vətəndaşlar həmin televizorlarla ölkədə yayımlanan kanalları izləyə bilməyəcəklər. Belə televizoru olanlar mütləq rəqəmsal yayımı göstərəcək dekoderlər almalıdırlar. Bu cihazların bazardakı qiyməti isə fərqlidir.

Ekspertlər bildirir ki, müasir televizorların əksəriyyəti rəqəmsal yayımı dəstəkləyir. Buna görə də rəqəmsal yayıma keçid vətəndaşlar üçün o qədər ciddi problem yaratmayacaq.

Milli Televiziya və Radio Şurasından bildiriblər ki, aztəminatlı ailələrə dekoderlərin güzəştli və ya pulsuz verilməsi məsələsi müzakirə mövzusu olsa da, hazırda belə bir addımın atılması gözlənilmir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024