Mobil versiya
Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır - MSK üzvü
Tarix: 22-01-2024 | Saat: 12:08
Bölmə:Siyasət | çapa göndər

Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır - MSK üzvü

Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır. Bu vəsait əsasında namizədlərin irəli sürülməsinin müdafiəsinə yönəlmiş təşkilati-texniki tədbirlərin maddi təminatı, seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi, o cümlədən, seçkiqabağı təşviqatla bağlı işlərin maliyyələşdirilməsi və seçki üzrə digər işlərin reallaşdırılması həyata keçirilir.

aia.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov seçki fondundan təşviqat kampaniyası üzrə media subyektlərinə ayrılmalı olan vəsait barədə fikirlərini bölüşərkən deyib.

MSK üzvü bildirib ki, prezidentliyə namizədlərin təşviqat kampaniyası yalnız media resursları üzərindən aparılmır:

“MSK fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müraciət etmiş media orqanlarının siyahısını təsdiqləyib və siyahını özünün rəsmi internet səhifəsində yerləşdirib. Seçki Məcəlləsinin 90.3-cü maddəsinə əsasən, seçki fondunda olan vəsaitə dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna məxsusdur. Seçki Məcəlləsinin 90.4-cü maddəsində göstərilir ki, namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına qeyd edilən seçkiqabağı fəaliyyətlərinin maliyyələşdirilməsi üçün seçki fondlarına daxil olmuş vəsaitdən başqa digər pul vəsaitindən istifadə etmək qadağandır”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 191-ci maddəsi prezidentliyə namizədlərin seçki fondlarının yaradılması, mənbəyi, məbləğinin yuxarı həddi və xərclənməsi qaydalarını müəyyən edir. Qanuna əsasən, namizədin seçki fondu vətəndaşların, hüquqi şəxslərin könüllü ianələri, prezidentliyə namizədlərin fonda daxil etdiyi şəxsi vəsaitlər, həmçinin, siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizədlər üçün siyasi partiyaların və ya siyasi partiyaların blokununun verdiyi vəsaitlər hesabına formalaşır. Namizəd üçün seçki fondunun yuxarı həddi 10 milyon manat müəyyənləşdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025