Mobil versiya
Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan yenilməz Lider -Fotolar
Tarix: 19-01-2024 | Saat: 12:03
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan yenilməz Lider

Gədəbəy rayonunda
seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Gədəbəy rayonunun Qaradağ, Söyüdlü və Ərtəpə kəndlərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Zaur Mehdiyev, Elxan İsmayılov, Sahib Quliyev, Tural Nuriyev, Vətən müharibəsi iştirakçıları Ruslan Həsənov, Asəf Həsənov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Çünki məhz Prezident İlham Əliyevin liderliyi ilə torpaqlarımız işğaldan azad olunub.

Görüşdə çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana qalib xalq statusu qazandırmış, ölkəni daim inkişaf və tərəqqi yolu ilə irəli aparan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024