Mobil versiya
Qalib Xalq öz Qalib Liderini zəfər seçkisində seçəcəkdir
Tarix: 19-01-2024 | Saat: 10:52
Bölmə:Siyasət | çapa göndər

Qalib Xalq öz Qalib Liderini zəfər seçkisində seçəcəkdir

İlk olaraq qeyd etmək yerinə düşər ki, bu cümlə, "Qalib Xalqın Qalib Lideri" şüarı ətrafında saatlarla danışmaq və fikir söyləmək olar.
Arxadakı zaman kəsiyində,son 20 il dövlətçilik tariximizdə,çox böyük bir dövr olmasa da, bu zaman xalqımız-ın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması,ölkəmizin parlaq,dinamik inkişafının, müstəqilliyinin,nəhayət qədirbilən Xalqımızın böyük arzusu olan, ölkəmizin ərazi bütövlüyünün, suveren hüquqlarının bərpa olunması və sərhəd zolaqlarımızın antiterror əməliyyatı ilə möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq və yaddaqalan dövrlərdən birini təşkil etmişdir.Müzəffır Ali Baş Komandan,Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyev cənabları yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, dövlətimizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir.Çox yüksək intellektli, müasir dünya siyasətini və iqtisadiyyatını çox yaxşı bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olan cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin əmin etdiyi kimi, xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər gördü, hələ də bu istiqamətdə işlər görməkdədir və həqiqətən də, məqsədyönlü,uğurlu siyasət yürütdü.

Qədirbilən xalqının sevgisi qazanmış Güclü Lider İlham Əliyev öz daxili və xarici siyasətini həyata keçirilməsi keçməsində dərin zəka, universal düşüncəsi, analitik analiz qabiliyyəti ilə böyük qətiyyət nümayiş etdirir.Öz irsi şəxsi keyfiyyətlərinin daşıyıcı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev harada çıxış etməsindən,istənilən sahədə mövqe bildirməsindən asılı olmayaraq,daim start vəziyyətində olaraq qarşı tərəflər üzərində öz üstünlüyünü təmin edir.Əyər qısa və konkret olaraq 20 ilin uğurlarının ümumiləşdirərək ifadə etsəm, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması özü buna sübutdur. Doğma partiyamız Yeni Azərbaycan Partiyasının Saatlı rayonu təşkilatı təşviqat qrupunun üzvü olaraq tam əminliklə qeyd etmək istəyirəm ki, Qalib xalqın Qalib Lideri İlham Əliyevin məqsədyönlü və xalqının, Dövlətinin gələcəyə xidmət edən universal siyasəti bundan sonra da ölkəmiz Azərbaycana böyük uğurlar və tarixi ədaləti bərpa edən, ona söykənən Zəfərlər qazandıracaqdır. Məlumunuz olduğu kimi 30 ildən artıq bir vaxtdan sonra bu seçki Azərbaycanımızın bütün ərazisini əhatə edəcəkdir.Yəni seçki məntəqələri suveren ölkəmizin Xankəndisində, Şuşada, Xocalıda, Ağdərədə və digər azad olunmuş ərazilərdə qurulacaqdır.Ümumiyyətlə Qarabağımıza qayıdış konsepsiyası çərçivəsində dədə,baba torpaqlarına dönən keçmiş məcburi köçkünlər öz yurdlarında səs verəcəklər.Bu tarixi hadisə isə ölkəmizin ictimai-siyasi mühitində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı,deyərdim ki,zəfər platformasında baş tutacaq prezident seçkilərində qədirbilən xalqımız böyük coşqu və ruh yüksəkliyi ilə seçki məntəqələrinə axın edəcək və gedəcəkdir.Əminəm ki, xalqımız hər zaman bütöv olduğu kimi, bu dəfəki, suveren Azərbaycanın bütün ərazisində keçiriləcək 7 fevral prezident seçkilərində də fəal iştirak edəcəkdir, öz Qalib Xalqının Qalib Liderinə yekdilliklə səs verəcəkdir.Bir sözlə xalqının işıqlı gələcəyinə və firavan həyatına səs verəcəkdir.

Qürur hissi ilə xüsusi olaraq bu məqama toxunmaq istəyirəm ki, Azərbaycan xalqının hər, bir seçicisi artıq bu zəfər seçkisinə tam əminliklə gedir məhz ona görə ki, indiyə qədər seçkilərdə verdiyi səslərdə haqlı, doğru olubdur və ölkəmizdə keçirilən bütün Prezident seçkilərində öz siyasi liderini düzgün müəyyənləşdiribdir.Mən deyərdim ki, elə bu doğru qərarın nəticəsidir ki, Xalqımız bu gün cari ilin 7 fevral tarixində ölkəmizdə keçiriləcək prezident seçkisinə Zəfər seçkisi adını vermişdir.Xalqımızın Qalib olmasının bir göstəricisidə, onun Zəfər seçkisinə, əsasını 1993 cü ildə öz xilaskar oğlu Heydər Əliyevi, anında və doğru qərar verərək hakimiyyətə təkidli tələbi ilə gətirməsi sevinci ilə getməsidir.

Əlbətdə ki, xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu seçkiyə müharibəni zəfərlə bitirmiş,ərazi bütövlüyümüzü tam təmin edərək və sərhəd zolaqlarımızı müəyyənləşdirib gedir və bir sözlə sülhə doğru addımlayaraq gedir.Ölkəmiz hazırda, təkcə öz suverenliyini bərpa etməyib,eyni zamanda da bölgəyə yeni sabitlik və sülh gətirmişdir. Beləliklə Azərbaycan seçicisi həm savadlıdır, həm də bu ekstremal (növbədənkənar) Zəfər seçkisinəhansı qalibiyyətlə getdiyinin fərqindədir.Sonda isə Xalqımız nə istədiyini bilən xalq olduğu üçün, əminəm ki, Zəfər seçkisinidə böyük bayram əhval ruhiyyəsi ilə başa vuracaqdır.

Hazırda ölkəmizdə Zəfər seçkisini müşahidə etmək üçün 70- dən artıq müşahidə qrupu qeydiyyatdan keçmişdir. Bu isə onu göstərir ki, ölkəmizdə keçirilən Prezident seçkilərinə xaricdən kifayət qədər diqqət var.Sonda isə qeyd etmək istəyirəm ki, xalqımızı həm böyük Zəfərlə, eyni zamanda böyük quruculuq və siyasi sistemimizdə ilk dəfə olan keyfiyyət mərhələsi ilə, 7 fevral Zəfər seçkisinə getməsi münasibəti ilə ürəkdən təbrik edirəm və uğurlar arzu edirəm!

Qalib Xalqımız isə,qarşıdan gələn 7 fevral Zəfər seçkisində öz Qalib Liderini,Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevi növbəti dəfə Prezident seçəcəyi üçün, daim arxayın və ictimai-siyasi sabitlik içərisində, firavan yaşayacaqdır.Nəhayət əminliklə deyə bilərik ki, qədirbilən xalqımız növbəti ayın, fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcəkdir.Yəni xalqımız sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcəkdir.Hətta qeyd edim ki, 2024-cü il fevral seçkiləri Azərbaycanın yüz illik tarixinə düşəcək bir Zəfər seçkisi olacaqdır.

YAP Saatlı rayonu 15 saylı ƏPT-nın
sədri Vüqar Məmmədov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025