Mobil versiya
Xalqın ona tarixi Zəfər qazandıran Prezidentinə inamı sonsuzdur -Fotolar
Tarix: 17-01-2024 | Saat: 19:20
Bölmə:Siyasət | çapa göndər

Xalqın ona tarixi Zəfər qazandıran Prezidentinə inamı sonsuzdur

Şabran rayonunda seçicilərlə görüş keçirilib

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Dəvəçi kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təşviqat qrupunun üzvləri Ağaşirin Bağırzadə və Seymur Qədəşov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin günü-gündən inkişafına təkan verib.

Bildirilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionun lider dövlətinə çevrilməklə, son 20 ildə bütün sahələrdə dinamik inkişafa nail olub, insanların rifah halı daha da yaxşılaşıb və bu istiqamətdə ardıcıl islahatlar davamlı olaraq həyata keçirilməkdədir.

Qeyd olunub ki, bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin sosial-iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması isə bütün Azərbaycan xalqının böyük Qələbəsidir.

Çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı seçicilər əminliklə qeyd ediblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevə səs verəcəklər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025