Mobil versiya
Aborta girən 10 yaşlı qızlar və... - TƏCİLİ
Tarix: 29-09-2016 | Saat: 14:49
Bölmə:Media | çapa göndər

Aborta girən 10 yaşlı qızlar və... - TƏCİLİ

Bir sıra ölkələrdə insan hüquqları, qadınların sağlamlığı və dini baxımdan abort qadağan edilib.

Çilidə abort edənlər beş ildən on ilədək həbs edilə bilər. Lakin hər il təxminən 120 min qadın bunu əməliyyatla həll edir.

Baxmayaraq ki, 1989-cu ildə Çili Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə abort qadınlara qarşı zorakılıq, ailə və ictimai əxlaqa zidd hərəkət kimi müəyyən edilib. Amma bu məhdudiyyətlər abortların qarşısını ala bilməyib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, hər il gizli yollarla xəstəxanlarda 33 milyon abort etdirilir. Onlardan 3600-ü 10-19 yaşlı qızlardır.

Qeyd edək ki, 2014-cü ildə Çilidə xəstəxanaların birində abort faktı aşkarlanıb və bu barədə polisə məlumat verilmişdi. 17 yaşlı qızın qeyri-qanuni abortdan sonra vəziyyəti ağırlaşmışdı. Bu, təkcə ölkə yox, beynəlxalq KİV-də müzakirə mövzusuna çevrilmişdi. Hətta proses o səviyyəyə çatdı ki, prezident qanuna dəyişiklik etmək istədiyini bəyan etdi.

Hamiləliyin süni dayandırılması Nikaraqua, Salvador, Çili, Vatikan, Maltada və Filipində cinayət hesab eolunur.

Bir neçə gün əvvəl Moskva və bütün Rusiyanın patriarxı Kiril ölkədə abortları qadağan edilməsi ilə bağlı müraciət edib. Düzdür, Kirilin sözçüsü Aleksandr Volkov sonrakı açıqlamasında müraciətdə abortun qadağan edilməsi deyil, məhdudlaşdırılması üçün tədbirlərin görülməsinin tövsiyə edildiyini bildirib.

Qeyd edək ki, 2014-cü ildə 27184 qadın abort etdirib. 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024