Mobil versiya
Qazax rayonunda seçicilərlə görüş keçirilib -Fotolar
Tarix: 16-01-2024 | Saat: 10:53
Bölmə:Siyasət | çapa göndər

Qazax rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il yanvarın 15-də fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun Ermənistanla həmsərhəd olan Kəmərli kəndində seçicilərlə görüş keçirildi.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvlərindən Firdovsi Umudov, Məmməd Yusifov, Bəsdi Ələkbərova, İsgəndər Qurbanov, şəhid atası Elxan Abdullayev, şair Kazım Kazımlı çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, zamanın bütün sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın Qalib Lideri” şüarı ilə inamla və qətiyyətlə gedir. Çünki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilərək xalqımıza yeni - yeni uğurlar, nailiyyətlər, möhtəşəm qələbələr bəxş edir. Çıxış edənlər Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 20 il ərzində misilsiz fəaliyyətindən ətraflı danışdılar, müasir dövrdə Azərbaycan xalqının və dövlətinin böyük tarixi nailiyyətlər əldə etməsinin Prezidentimiz cənab İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlı olduğunu vurğuladılar. 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasının, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının bunun əyani sübutu olduğunu qeyd etdilər. Davamlı möhtəşəm qələbələri şərtləndirən amillər içərisində Prezidentimiz cənab İlham Əliyevin yüksək intellekt və diplomatik məharətinin, milli maraqların qorunmasında qətiyyət və prinsipiallığının, onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurlarının və xarici siyasətdə qazandığı nailiyyətlərinin mühüm rol oynadığını söylədilər. Natiqlər qəti əminliklə bildirdilər ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, düzgün seçim edəcəkdir. Bu seçim isə “Qalib Lider, Qalib Ordu, Qalib Xalq” fəlsəfəsinin müəllifi, Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandanımz cənab İlham Əliyevdir.
Kənd ağsaqqallarından Rəhim Rəhimov, Qurban Allahmanov çıxış edərək bildirdilər ki, səsvermə hüquqlu bütün sakinlərimiz seçkilərdə fəal iştirak edəcəklər və fevral ayının 7-də hamılıqla seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səs verəcəklər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024