Mobil versiya
AZƏRBAYCANLA BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN STRATEJİ TƏRƏFDAŞLIĞI MÖHKƏMLƏNİR
Tarix: 11-01-2024 | Saat: 19:05
Bölmə:Siyasət | çapa göndər

AZƏRBAYCANLA BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN STRATEJİ TƏRƏFDAŞLIĞI MÖHKƏMLƏNİR

2024-cü ilin yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.

Görüşdə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin tarixi əhəmiyyətli bir hadisə olduğunu, bu səfərn iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcəyini bildirib. Prezident fürsətdən istifadə edərək, COP28 Konfransının uğurla keçirilməsi münasibətilə qonağı təbrik edib və COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar və BMT Təhlükəsizlik Şurasındakı mövqeyinə görə, Azərbaycana verdiyi dəstəyə görə ona bir daha xüsusi minnətdarlığını bildirib. O, iki dövlət arasındakı əməkdaşlığımızın çoxşaxəli olduğunu və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımların atıldığını, 2023-cü ilin ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu, bu stansiyanın yaradılmasının BƏƏ-nin investisiyaları hesabına mümkün olduğunu, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında həmin ölkənin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulduğunu bildirib.
Prezident həmçinin də 2023-cü ilin dekabr ayında Bakıda daha iki önəmli sənəd imzalandığını, onlardan birinin - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldığını, ikinci önəmli sənədin isə informasiya-kommunikasiya sektoruna aid olduğunu xatırladıb.

Sonda Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu səfər bizim strateji tərəfdaşlığımızı möhkəmləndirəcək, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcək.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da öz növbəsində çıxış edərək Azərbaycana səfər etməkdən çox böyük məmnunluq duyduğunu, danışıqların və iki ölkə arasında əlaqələrin perspektivinə dair əldə olunan razılaşmalar sevindirici olduğunu, iki ölkə arasında bu gün imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun böyük əhəmiyyətini qeyd edərək bu Anlaşma Memorandumu ilə ölkələrimiz arasındakı əlaqələr strateji əhəmiyyət kəsb ediyini, ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrimizin və əməkdaşlığımızın inkişafı istiqamətində səyləri bundan sonra da səfərbər edəcəyii, iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyini əminliklə vurğulayıb və Birləşmiş Ərəb Əmirlikləri adından iki ölkə arasında ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazır olduğunu bəyan edib.
Sonda Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan prezidentinə "Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq".-deyərək firini tamamlayıb.
Sonra səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.

QAFAR ƏLİYEV
YAP QARADAĞ RAYON TƏŞKİLATININ SƏDRİ, SİYASİ ELMLƏR ÜZRƏ FƏLSƏFƏ DOKTORU



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025