Mobil versiya
Bu gün saat 9-dan...
Tarix: 28-09-2016 | Saat: 13:06
Bölmə:Gündəm | çapa göndər




Bakı şəhərinin Suraxanı, Nərimanov və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

7-ci Əhmədli küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin Nərimanov rayonu F.Yusifov küçəsi 1987-ci məhəllədə yerləşən Azərbaycan Gözdən Əlillər cəmiyyətinə məxsus 152 mənzilli yaşayış binasının qaz xəttinin mənbəyə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar sentyabrın 28-də saat 09:00-dan 18:00-dək Suraxanı rayonunun Günəşli, Bülbülə, Qaraçuxur və Əmircan qəsəbələrində, eləcə də Nərimanov rayonunun Montin qəsəbəsi, H.Əliyev prospekti, M.Nərimanov, Həsənoğlu, Ə.Əliyev və digər ətraf küçələrin ərazisində, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində. Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin və Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə