Mobil versiya
Prezident seçkiləri: Namizəd olmaq istəyənlər üçün müddət başa çatır
Tarix: 07-01-2024 | Saat: 09:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident seçkiləri:


Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

aia.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib. Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, dünən keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025