"Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi yaşıl inkişafla bağlı mühüm yenilik olacaq
Tarix: 29-12-2023 | Saat: 12:20
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi yaşıl inkişafla bağlı mühüm yenilik olacaq.
Sərəncamda da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Məhz bu məqamda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilmə qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. Belə ki, 2024-cü ilin sonlarında COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq. Sərəncam növbəti il ərzində ətraf mühitlə, yaşıl inkişafla bağlı ortaya yeni gündəlik qoyur. "Azərbaycan 2030" Milli Prioritetlər sənədində beş prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib.
Son illərdə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə böyük işlər görüldüyünü də qeyd edə bilərik. Eyni zamanda işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. İqlim dəyişiklikləri ilə mübarizədə qlobal fəaliyyətə töhfə kimi: 2030-cu ilin istilik effekti yaradan qazların emissiyalarını 35%, 2050-ci ilə qədər 40% azaldılması hədəf kimi götürülüb. Həmçinin yaşıl enerjiyə keçid istiqamətində bərpa olunan enerji mənbələrindən istifadə həcminin 2030-cu ilə kimi 30%-ə qədər qaldırılması hədəflənib.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər