Mobil versiya
Cahangir Hacıyevə 17 il həbs
Tarix: 27-09-2016 | Saat: 15:02
Bölmə:Gündəm | çapa göndər



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

myBaku.az bildirir ki, qafqazinfonun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə cəza istənilib.

Dövlət ittihamçısı Fərid Nağlyev çıxış edib. O, təqsirləndirilənlərdən C.Hacıyevin 17 il, Mərkəzi filialın sabiq direktorları Yusif Ələkbərovun 11 il və Anar Sultanovun 8 il, Mərkəzi filialın sabiq müdiri İlqar Abdullayevin 8 il, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynovun 11 il, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucovun 7 il 6 ay 23 gün, bankın Nərimanov filialının sabiq direktoru Məmməd Cahangirovun 8 il və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilənlərin hər birinə 3 il rəhbər vəzifə tutmaq qadağan edilməsi və banka dəyən 211 milyon manatın ödənilməsi istənilib.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024