Mobil versiya
"Maaş ayın axırına çatmırsa, krediti az götürməlisən" - Deputatdan həmkarına cavab
Tarix: 28-12-2023 | Saat: 15:05
Bölmə:Siyasət | çapa göndər

"Maaş ayın axırına çatmırsa, krediti az götürməlisən" -

"Deputat maaşı mənim üçün məqbuldur. Ola bilsin ki, kiminsə krediti var və s. Amma deputat əmək haqqım kifayət edir".

Bunu "Unikal"a açıqlamasında deputat Tahir Rzayev deyib. Onun sözlərinə görə, ola bilər deputat elə böyük kredit götürüb ki, maaşı çatmır:

"Bu hamıya şamil deyil. Elə kredit götürmək lazımdır ki, çatsın. Görürsən ki, əmək haqqı ayın axırına çatmır, krediti az etməlidir. Külli miqdarda kredit götürüb demək ki, maaş ayın axırına çatmır, bu düzgün deyil. Hərə öz maaşının ölçüsündə iş görməlidir".

Qeyd edək ki, deputat Siyavuş Novruzov bildirib ki, maaş ayın axırına çatmır. "Deputatların hamısı biznesmen, iş adamı deyil. Eləsi var kirayədə yaşayır, kirayəhaqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”, - deyə o əlavə edib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025