Mobil versiya
Azərbaycanda oğlanı qız edən cərrah danışdı: "O, bundan sonra qadın kimi..." FOTOLAR
Tarix: 23-09-2016 | Saat: 13:23
Bölmə:Qərbi Azərbaycan | çapa göndər



Bugünkü əməliyyat Azərbaycan tibbində yeni bir müdaxilədir

“Bugünkü əməliyyat Azərbaycan tibbində yeni bir müdaxilədir və doğumdan gələn bir anomaliyadır”.

Bunu publika.az-a plastik cərrah Dilqəm Məmmədov bu gün keçirdiyi əməliyyatın təfərrüatı barədə məlumat verərkən deyib.

O bildirib ki, bu əməliyyat ikicinsliliyi olan şəxslərdə cinsiyyəti müəyyən etmək üçün həyata keçirilir: “Onun hansı cinsə mənsub olduğunu qərarlaşdırıb, ona uyğun əməliyyat həyata keçiririk. Bu əməliyyata 7 ay əvvəl hazırlanmışıq. Ailə bizə müraciət edib, həmin şəxs müayinə edilib. Müayinə əsnasında belə bir patologiya olduğu, iki cinsi əlamətlərini daşıdığı müəyyən edilib. Həmin şəxs daxilən qadın, xarici cinsi orqan baxımından isə bir kişi idi. Bunları nəzərə alaraq əvvəlcə, onun genetik baxımdan qadın və kişi olduğu müəyyən edildi. Onun qadın genotipi daşıdığı müəyyən edildi. Bununla bağlı lazımı icazələr alındı. Əməliyyata qərar verildi və proses 4-5 saat davam etdi. Çox uğurlu əməliyyat oldu. Hazırda pasientin vəziyyəti normaldır”.

D.Məmmədov bildirib ki, əməliyyata yaş baxımdan bir qədər gecikiblər: “Əməliyyatdan əvvəl xəstənin psixoloji durumu da müəyyən edilib. Həmin şəxs tam bir qadın kimi yetişib, görüntüsü də qadındır və özünü də qadın kimi hiss edir. Sadəcə cinsiyyət orqanında patologiya olub. O da aradan qaldırılıb. Bu əməliyyat doğuş qüsuru səbəbindən edilib, xəstənin kefinə görə edilmiş əməliyyat deyil. Uyğun icazənin alınması, edildiyi yaş baxımından, gerçək hermofroditizm cərrahi texniki baxımdan bu Azərbaycanda ilk əməliyyatdır”.

Həkim bundan sonra əməliyyat edilən şəxsin ana ola biləcəyinə də dedi: “Bundan sonra o qadın kimi həyatına davam edəcək, ana ola biləcək”.

Bu vaxta qədər ailənin gözləməsinə gəldikdə, həkim müxtəlif səbəblərin olduğunu dedi: “Ailə bizə müraciət edəndə Azərbaycanda belə əməliyyatların edildiyini bilmədiklərini dedilər. Xarici ölkələrə müraciət etmək istədiklərini bildirdilər. Lakin bizim edə biləcəyimizi eşidib bura gəliblər. Ailənin rəsmi müraciət etdiyi qurumlarda onun ilk belə müraciət olduğu deyilib. Ola bilər ki, kiçik dəyişiklik edilib, lakin rekonstruktiv əməliyyat baxımdan ilk əməliyyat idi”.

D.Məmmədov bildirib ki, bu problem hamiləlikdə müayinə və sonradan gözlə müşahidələr zamanı müəyyən edilə bilər: “Bu problem genetik, ideopatik, terotogenit, xromosom dəyişikliklərindən yarana bilir. Uşaq ana qarnında ikən genekoloq müayinəsi zamanı aşkarlana bilir. Həmçinin doğumdan sonra da aşkarlana bilir. Hamiləlik boyu və sonradan mütəmadi müayinədə olmalıdır. Braziliya, Hindistan, ABŞ və bir sıra ölkələrdə bu əməliyyatlar edilir. Bu hallara Azərbaycanda nə qədər rast gəlindiyini demək çətindir. Ümumiyyətlə, Azərbaycanda belə xəstələrin statistikası aparılmır və onun neçə nəfərdən bir rast gəlindiyini deyə bilmirik”.

D.Məmmədov əməliyyatdan sonra xəstənin və ailəsinin çox xoşbəxt olduğunu dedi: “Əməliyyata gələndə xəstə bu problemin narahatlığını yaşayırdı. Tez bir zamanda ondan qurtulmağa çalışırdı. İndi necə xoşbəxt olduğunu təsəvvür edə bilməzsiniz. Əməliyyat gec olsa idi, bu xəstədən problemlər yarada bilərdi. Çünki bu zaman onun hansı cinsə məxsus olduğunu müəyyən etmək çox çətin olur. Həmçinin onun psixoloji durumu da anormal olur. Həmin şəxslər belə həyat sürməkdə çətinlik çəkir, hətta psixoloji problemlər yaşayırlar”.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024