“Boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar
Tarix: 25-12-2023 | Saat: 11:36
Bölmə:Siyasət / Özəl | çapa göndər
Dövlətçiliyimizin ən şərəfli səhifələrini yaşayan Azərbaycan növbəti tarixi mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin dekabrın 7-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində Prezident seçkiləri reallaşacaq. Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olan bu növbədənkənar Prezident seçkiləri eyni zamanda tarixə Zəfər seçkiləri kimi də həkk olunacaq. Taleyüklü bu keçid mərhələsində Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu növbəti dəfə də nümayiş etdirəcək.
Azərbaycan xalqı gələn ilin fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır. Artıq namizədlərin qeydiyyata alınması prosesinə start verilib.Ənənəsinə sadiq qalan AXCP siyasi acizliyinin və məğlubiyyətinin növbəti etirafını etdi. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç oldu. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçdi.Sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət bir daha sübut edir ki, onlar xarici qüvvələrə xidmət edirlər. Növbədənkənar prezident seçkilərinin demokratik prinsiplərə uyğun açıq siyasi mübarizə fonunda keçiriləcək. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan demokratik şəffaf cəmiyyət anlayışı bu gün özünün ən yüksək pilləsinə çatıb. Cəmiyyətin istək və arzuları bu gün idarəçiliyin formalaşmasında əsas amildir. Bu mənada 2024-cü ilin fevralın 7-də keçiriləcək seçkilər Azərbaycanın ictimai-siyasi həyatında növbəti mərhələ kimi daxil olacaq. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da bu mənada mühüm önəm kəsb edir. Radikal təfəkkürün əsasında yalnız xarici məkrli dairələrin maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır. Əgər belə olmasa idi, Ə.Kərimli bəyanat yayaraq beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırmazdı. Fikir verin, Ermənistandakı revanşistlər, o cümlədən erməni arxiyepiskopu, Fransadakı makronçular, ABŞ-dakı ermənipərəst konqresmenlər və digər qüvvələr Azərbaycana sanksiyaların tətbiq olunması çağırışları ilə çıxış edirlər, eyni mövqeyi Azərbaycanda doğulub çörəyini yeyib, suyunu içən Ə.Kərimli də sərgiləyir. Sual yaranır, niyə Ə.Kərimli erməni arxiyepiskopu kimi düşünür və çağırış edir? Nədən "Yurd" şefi Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqe sərgiləyir? Pul, mənəvi dəstək bu qədərmi qiymətlidir? Ola bilər, radikallar pul-para əldə etsinlər, lakin heç bir halda cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllərə nail ola bilməyəcəklər.
Bütün dövrlərdə, o cümlədən Vətən Müharibəsi dövründə sübuta yetirildi ki, xalq ən çətin məqamda öz lideri ətrafında daha sıx birləşir, Onun siyasətini daha böyük qətiyyətlə və əzmlə müdafiə edir. Ona görə də, xarici qüvvələrə arxalanıb, pozuculuq aktları planlaşdırmağa hazırlaşan dağıdıcı müxalifətə ən layiqli cavabı elə xalq verəcək.Sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət bir daha sübut edir ki, onlar xarici qüvvələrə xidmət edirlər. “Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, bilavasitə təxribatlara yol açan ucuz siyasi hiylədir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025