Mobil versiya
Futbol matçının Xankəndidə keçirilməsinin böyük rəmzi mənası var.
Tarix: 23-12-2023 | Saat: 13:17
Bölmə:Siyasət | çapa göndər

Futbol matçının Xankəndidə keçirilməsinin böyük rəmzi mənası var.

Xankəndi stadionunda 2023-cü il 21 dekabr tarixində azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilməsi tarixi bir hadisədir və bütün Azərbaycan xalqının sevincinə və marağına səbəb oldu. Qeyd edək ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin övladları və ailə üzvlərinin də iştirak etməsi tədbirin əhəmiyyətini daha da artırırdı.
Eləcə də, futbol matçının Xankəndidə keçirilməsinin böyük rəmzi mənası var. Azərbaycanın qədim diyarı olan Xankəndidə bu yarışın keçirilməsi həmçinin bütün dünyaya bir mesaj idi. Xankəndidə 30 il ərzində separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Ölkəmiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri və cari ilin 19-20 sentyabrında lokal antiterror tədbirləri ilə bütün ərazilərimizdə, eləcə də Xankəndidə separatizmin kökünü birdəfəlik kəsdi. Rəşadətli Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır və bu torpaqların sahibləri Azərbaycan xalqıdır.
Qeyd edək ki, ermənilər 30 il ərzində torpaqlarımızı işğal altında saxlayaraq viran qoymuşdular. Vətən müharibəsindən sonra Azərbaycan dərhal ərazilərimizin bərpa və yenidənqurulma işlərinə başladı. Bu gün Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Cəmi iki ay Xankəndi stadionu ərzində yenidən inşa edildi əsaslı təmir olundu. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı.
Qürürverici haldır ki, bu gün Azərbaycan bayrağı Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə dalğalanır, dövlət gerbimiz Xankəndinin mərkəzində yerləşən inzibati binanı bəzəyir. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Zəfər bizim tariximizdə əbədi yaşayacaq. Bizdən sonra gələn nəsillər bu Zəfər ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Xalqımızın onilliklər ərzində olan arzuları çin oldu, ləyaqəti bərpa olundu.
20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir. Rəşadətli Azərbaycan Ordusu ötən dövrdə dünyanın ən güclü orduları sırasında yer aldı. 44 günlük Vətən müharibəsi Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi. İnsanlar Ali Baş Komandanımızın hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər. Hazırda xalq-iqtidar birliyinin nəticəsidir ki, Azərbaycan dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. “Mənim işim xalqa xidmət etməkdir, bunu edirəm, bundan sonra da edəcəyəm və bütün işlərimdə mən xalqa arxalanıram” – deyən dövlətimizin başçısı İlham Əliyev daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, reallığa adekvat olduğunu sübuta yetirir. Bu gün Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları tarixi Zəfərimiz ilə bundan sonra əbədi fəxr edəcəklər.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025