Mobil versiya
"İşə qəbul zamanı boşluqlar diqqətdə saxlanmalıdır" - Komitə sədri
Tarix: 19-12-2023 | Saat: 12:17
Bölmə:Siyasət | çapa göndər

"İşə qəbul zamanı boşluqlar diqqətdə saxlanmalıdır" -

"2022-2023-cü tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında yüksək bal intervalında nəticə göstərən abituriyentlər arasında qızlar üstünlük təşkil edib".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, təhsil və səhiyyə sahəsinə kişilərin cəlb edilməsi istiqamətində həvəsləndirici proqramların hazırlanması məqsədəuyğun hesab edilir:

"İşə qəbul zamanı isə xüsusilə boşluqlar diqqətdə saxlanmalıdır. Ona görə ki, ali təhsil müəssisələrinə daxil olan və bitirən qızların sayı çox olduğu halda, işə qəbul prosesində oğlanlar yüksək artıma malik olurlar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025