Bütöv və süveren Azərbaycanın müəllifi Cənab İlham Əliyevdir, 7 fevralın Qalibi də O, olmalıdır
Tarix: 15-12-2023 | Saat: 12:35
Bölmə:Siyasət / Özəl | çapa göndər
2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisinə start verilib. Qeyd etmək lazımdır ki, Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə keçirilmişdi və Prezident İlham Əliyev səslərin 86 faizini toplamışdı.
Əlbəttə ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi. Bu ilin sentyabrın 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və ya bilərək həll etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi.
Digər tərəfdən, 2024-cü il fevral 7-də keçirilən seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən zorla, məcburi halda köçkün vəziyyətinə salınan azərbaycanlıların bir hissəsi müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında, evlərində – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
Fevralın 7- ə təyin edilmiş növbədənkənar Prezident seçkiləri müasir Azərbaycanın tarixində əvvəlki seçkilərdən mahiyyətinə və məzmununa görə çox fərqlidir. Bu hadisə müstəqil və süveren dövlətçilik prinsiplərinin məntiqinə və fəlsəfəsinə tam uyğundur. Sözsüz ki, əvvəlki hər bir seçkinin müstəqilik tariximizdə öz yeri və öz önəmi var. Hər seçki ilə xüsusulə son 25-30 ildə dövlətimizin inkişafında yeni mərhələnin və səhifənin açıldığı mübahisəsizdir .
7 fevral seçkiləri Azərbaycanın tam yeni bir sima ilə qatılacağı və özünü dünyaya yeni imiclə nümayiş etdirəcəyi hadisədir. Müstəqilliyimizin elan olunduğu 32 illik müstəqillik dövründə həm ərazi bütövlüyü, həm də süverenlik baxımından dövlətimizin gücünü və potensialını tam əks etdirən seçkini ilk dəfə 7 fevralda keçirəcəyik. Açıq deyək ki, bu dövrdə erməni təcavüzü , etməni işğalları və irticaçı etnik separatizm Azərbaycana belə məzmunda seçkini keçirmək imkanı vermədi. Keçirilmiş seçkilərdə Azərbaycan seçicilər ordusu baxımından tam təmsil olunsa da, bütün ərazilər üzərində süverenlik baxımından təmsil oluna bilmədi. Xaricdən dəstəklənın separatizm və Ermənistanın təcavüzü böyük qaçqınlar və məcburi köçkünlər problemi yaratdı Nəticədə elə bir vəziyyət yarandı ki , şuşalı , Zəngilan, laçınlı və digər məlum bölgələrimizi təmsil edən insanlar Azərbaycanın başqa yerlərində seçici və ya iddiaçı kimi seçkiyə qatılmaq zorunda qaldılar.
7 fevral seçkiləri bu mənada hamını və bütün bölgələrimizin müstəqillik tariximizdə ilk dəfə olaraq vahid bir seçki prosesinin çətiri altına alacaq.
Bəzən fövqəladə və ya növbədənkənar adlandırılsa da, əslində onun mahiyyətcə fövqəladəliyi və ya növbəsizliyi məsələsi yoxdur.Lap yerində və zamanında təyin olunmuş seçkidir. Süverenliyini və ərazi bütövlüyünü tam mənada bərpa etmiş bir dövlətin tarixi əhəmiyyətli kampaniyasıdır.
Seçkiyə qədərki bir sıra hadisələr bir-birini tamamlamaqla 7 fevral hadisəsini zəruri etdi və bütün sonrakı müstəqillik tariximizdə şərəflə xatırlanacaq bir mərhələ açdı .
Azərbaycan yeni reallıq yaradıb. Və bu yeni vəziyyət tək ölkəmiz üçün deyil, Cənubi Qafqaz, bütün region üçün yeni bir mərhələdir. Hazırkı geosiyasi hadisələr fonunda növədənkənar seçkilərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Çünki, bu, həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Belə ki, bəzi qüvvələr və dövlətlər Azərbaycanın regionda tam müstəqil bir ölkə olmasını, müstəqil siyasət həyata keçirməsini və tarixi Qələbəsini qəbul edə bilmir. Bu baxımdan da müxtəlif təzyiq üsullardan istifadə hallarının və təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.
Bir məsələni də qeyd etmək lazımdır ki, seçkilərin ədalətli şəraitlər əsasında keçirilməsi üçün münbit şərait var. Belə ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunmuşdur. Bu o deməkdir ki, dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar seçkilərdə iştirak etmək üçün imkanına malikdir. Ölkədə açıq, şəffaf və ədalətli rəqabət mühiti təmin olunmuşdur. Potensialına və resurslarına güvənən hər bir siyasi qurum üçün bu gözəl bir fürsətdir. Əlbəttə ki, radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. Daim seçki tələb edən, öz qərəzli mövqeyi ilə seçilən bu qüvvələr manipulyasiya ilə məşğuldurlar. Xalq onları yaxşı xatırlayır. Azərbaycana, onun vətəndaşına xidmət etməyən, yalnız öz maddi maraqları üçün çalışan həmin qüvvələrin əsl siması hamıya məlumdur. Heç bir sosial bazası olmayan, ildən-ilə etibarını itirən radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Kimin və hansı dairələrin maraqlarına uyğun fəaliyyət göstərən radikallar həmişə olduğu kimi, bu dəfə də istəklərinə nail olmayacaqlar.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025