Mobil versiya
Gələcəyə doğru inamlı addımlarla
Tarix: 13-12-2023 | Saat: 09:59
Bölmə:Siyasət / Özəl | çapa göndər

Gələcəyə doğru inamlı addımlarla

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin həlli üçün əlindən gələni etdi. Ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verildikdən qısa zaman sonra ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər edildi və “Qarabağ Azərbaycandır!” şüarı dillər əzbəri oldu.
44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, əməkdaşlıq üçün daha münbit şərait formalaşdırdı. Bu gün Şuşada, Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda, Laçında, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda və Qarabağmızın bütün ərazisində üçrəngli bayrağımız dalğalanır. Zəfər simvolu olan Prezident İlham Əliyevin adı bu gün dünyanın nüfuzlu liderləri ilə birgə çəkilir. Bu qürurverici olmaqla bərabər, ölkəmizin dünyadakı nüfuzunu və rolunu daha da artırır.
Prezident tərəfindən 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkilərinin elan edilməsi İlham Əliyevin özünə güvəninin və xalqın dəstəyinə inamının göstəricisidir. Çünki 20 illik hakimiyyəti dövründə xalqa verdiyi bütün vədləri yerinə yetirən, 200 il ərzində həyata keçməyən bir şeyi- torpaqların geri qaytarılmasını təmin edən bir sərkərdə, bir dövlət başçısı kimi xalqın məhəbbətini və etimadını qazanmışdır.
Seçkinin bir önəmi də odur ki, ilk dəfə olaraq Azərbaycanda seçkilər bütün ölkə ərazisində keçiriləcək, keçmiş məcburi köçkünlər müxtəlif rayonlarında deyil. Öz rayonlarında, öz kəndlərində yaradılmış məntəqlərdə səs verəcəklər. Bu hadisə ölkəmizin tarixində müstəqillikdən sonra ilk olacaqdır.
Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadan başqa bir şey deyildir.
Üzvlərinin sayı ilə bağlı yeni dövlət reyestirinə alınmış 26 siyasi partiya və müstəqil namizədlər üçün ölkə Konstitusiyasında və Seçki Məcəlləsində bütün bərabər imkanlar var. Özünə güvənən hər bir namizəd bu hüquqdan sərbəst şəkildə istifadə edə bilər. Bunu bacarmayan, 5 min üzv toplamaqda çətinlik çəkən partiyalar isə öz siyasi acizliklərini və məğlubiyyətlərini öncədən etiraf etməlidir.
Qarşıda bizi 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri gözləyir. Azərbaycan xalqı əslində öz seçimini edib. Bu seçim 20 il ərzində xalqa arxalanan, xalqdan güc alaraq ölkəni davamlı inkişaf yoluna çıxarmış, qalibiyyət bayrağını Qarabağda və Zəngəzurda ucaldaraq Qalib sərkərdəyə aiddir. İnsanlar qəlbindəki sevgini, nəzərdə tutduqları etimad mandatını siyasi müstəvidə reallaşdıracaq və öz Lideri ilə gələcəyə doğru inamlı addımlarını atacaqdır.
Bunu kimlərin istəyib istəməməsi önəmli deyil, önəmli olan xalqın istəyi və inamıdır.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə