Mobil versiya
Əhməd İsmayılov mükafata layiq görülmüş şəxslərlə görüşdü - FOTO
Tarix: 11-12-2023 | Saat: 15:04
Bölmə:Manşet / Media | çapa göndər

Əhməd İsmayılov mükafata layiq görülmüş şəxslərlə görüşdü -

Dekabrın 11-də Medianın İnkişafı Agentliyində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində TÜRKSOY Media Mükafatına layiq görülmüş qonaqlarla görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qonaqları salamlayaraq son illər ərzində media sahəsində qarşılıqlı əməkdaşlığın xüsusilə inkişaf etdiyini bildirib, Agentliyin türkdilli dövlətlərin müvafiq qurumları ilə həyata keçirdiyi müxtəlif layihələr, həmçinin fikir və təcrübə mübadiləsi məqsədilə təşkil edilən qarşılıqlı səfərlər barədə məlumat verib. Eyni zamanda, ortaq tarixi-mədəni ənənələri və mənəvi dəyərləri paylaşan türkdilli xalqların müasir dünyanın informasiya məkanında da birgə fəaliyyətinin olduqca mühüm rol oynadığını vurğulayıb.

Qonaqlar Türk dünyası çərçivəsində media və jurnalistika sahəsində əməkdaşlığın intensiv inkişafına əyani şahidlik etdiklərini, 2023-cü ilin iyul ayında Şuşa şəhərində təşkil edilmiş Qlobal Media Forumunda həmin dövlətlərin geniş tərkibdə iştirakının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı Türk dövlətlərinin media sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2024