Mobil versiya
Müstəqil Azərbaycanda ,ulu öndər Heydər Əliyevin siyasi kursu daim var olmalıdır
Tarix: 11-12-2023 | Saat: 10:00
Bölmə:Siyasət | çapa göndər

Müstəqil Azərbaycanda ,ulu öndər Heydər Əliyevin siyasi kursu daim var olmalıdır


Düşünürəm ki, burdan başlasam, xalqının,dövlətinin xilaskarı, memarı ümummilli Lideri Heydər Əliyevin qədirbilən xalqı üçün etdiklərinin cüzi bir hissəsinə toxuna bilərəm və bu siyasətin ölkəmizdə hər dövr üçün,aktual olduğunu yəni alternativinin olmadığını vurğulayaram. Heydər Əliyev dühasının 1969, 1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi müddətdə, bütün həyata keçirilən islahatlar nəticəsində respublikamız sürətlə inkişaf edərək, keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik olan ölkəyə çevrilmişdir.Belə deyərdim həmin dövrədək əgər ölkəmiz SSRİ məkanında, yalnız xammal istehsal edən kimi çıxış edərdisə və bunun inkişafına görə ən geridə qalmış respublika kimi hesab olunur və qiymətləndirilirdisə, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat-ların fonunda ölkəmiz sürətli inkişaf tempinə malik olaraq, bütün sahələr-də yüksək templə inkişaf göstəriciləriqeydə alındı.

Beləliklə birmənalı olaraq deyərdim ki, müasir və müstəqil Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasının, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət ulu öndər Heydər Əliyev olmuşdur.Ölkəmizdə ən böyük sərvətimiz olan, ictimai-siyasi sabitliyin qorunmasının,ölkədə bütün sahələrin mövcud iqtisadi inkişafının, ümumiyyətlə hərtərəfli proqresin təməlində xilaskarımız, idealım ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanmışdır.Qürurla qeyd edirəm ki, ulu öndər Heydər Əliyev, SSRİ zamanında da siyasi-ideoloji müstəvidə görülən işləri milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış edirdi.Elə bu siyasətin tərkib hissəsi kimi,1978ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-n Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi.Bunudaqürurla bir həqiqət olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ulu öndər, ümummilli Lider, Azərbaycan Respublikasının siyasirəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin SiyasiBürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi bir-çox vəzifələri və titulları olmuşdur.Bütün bu titullarda n ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli, dövlətçilik maraqlarının təmin olunması üçünistifadə etmişdir.Bir sözlə Ulu öndər Heydər Əliyev xalqının qəhrəman oğlu idi.Xalqının əbədi qəhrəman oğlu titulunu qazanmış Heydər Əliyev Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenayaçıxarmağı, Azərbaycan həqiqətlərinidünyaya çatdırmağı, müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsədqoymuşdu. Beləliklə, təkrar qeyd edirəm ki, Ulu öndər Prezidentlikdəntutmuş bütün titul və vəzifələri məhz bu ümummilli məqsədləri həyata keçirmək üçün bir vasitə kimi istifad ə etmişdir.Məhz buna görədə Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılacaq.Xalqımız var olduqca ulu öndərdə yaşayacaqdır.Beləliklə ulu öndər Heydər Əliyev siyasi-ideoloji müstəvidə görülən bütün işlərdə milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir.Belə ki,milli-ideoloji siyasətin tərkib hissəsi olaraq,1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüs ü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına"Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edilmişdir.

Nəhayət ulu öndərin ikinci dəfə, xalqın təkidli çağrışı və tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlətçilik mənafelərin
i hər şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz və bilavasitə Azərbaycan Respublikası ilə bağlı maraqlarını və bu bölgədə nüfuz dairəsi uğrunda mübarizələrininəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi.Ulu öndər Heydər Əliyevin ölkədə şah əsərlərin-dən və Azərbaycan xalqına, dövlətçiliyimizə ərməğanlarından biri də əsasında xalqımızın mimaraqlarının dayandığı milli neft strategiyası oldu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, həmin dövrün çətinliklərinə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanması ilə uğurlu enerji siyasətimizin əsası qoyuldu. "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizin inkişafı üçün yeni imkanlar yarandı, həmçinin Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlandı və Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başladı.Bəli, Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız və dövlətimiz öz təbii sərvətlərinin sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə olundu.Beləliklə 30 il bundan öncə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan, müstəqil Azərbaycanın qurucusuna çevrilən ulu öndər Heydər Əliyev şəxsiyyəti nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin dahi liderin rəhbərliyi altında həyatın bütün sahələrində olduğu kimi, Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun təməlini qoydu.Nəhayət bu yerdə böyük sevinc və qürur hissi ilə qeyd edirəm ki, xalqının xilaskar oğlu Heydər Əliyevin ən böyük arzusu,işğal altında olan torpaqlarımızın işğaldan azad olunması,vətənim
iz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması idi O, hər zaman böyük əminliklə torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına,Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağını bildirirdi.Bu missiya Ulu Öndər siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla yerinə yetirildi.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfəri qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi.30 ilə yaxın müddətdə Ermənistan işğalına və talanına məruz qalmış ərazilərimizin işğaldan azad edilməsi, bu ərazilərdən etnik təmizlənməyə məruz qalmış məcburi köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması həm böyük siyasi, həm də böyük strateji,çox böyük mənəvi əhəmiyyət daşıyırdı.Böyük qələbə nəticəsində azad edilmiş torpaqlarımız dövlət başçısı,Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlməkdədir.Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur və bərpa edir.Mən bu nəcib işlərdə ulu öndərin adına yaradılmış Heydər Əliyev Fondunun Mehriban xanımın rəhbərliyi sayəsində, yaxından iştirak etdiyini xüsusi vurğulayıram.Ən əsası isə,Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu prosesdə müstəsna rolunu xüsusi vurğulamaq lazımdır.Fond, eyni zamanda milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə çatdırılır. Həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparılır. Beləliklə, xüsusi vurğulayıram ki, Birinci vitse-prezident vəzifəsini uğurla icra edən Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğində mühüm rol oynayır. Birinci vitse-prezident Mehriban xanım bundan sonrada müasir Azərbaycan üçün böyük işlər görəcəkdir və O, buna qadirdir.Qeyd etmək istədiyim bir məqamda,ölkəmizin postmünaqişə dövründə regionda sülh səylərini göstərən xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcını göstərmişdir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin 30 ilə yaxın davam etmiş hərbi işğala son qoyması, xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həll olunması, regionda yeni reallıqların və gündəliyin yaranmasına, xarici siyasətimizin üfüqlərinin genişlənməsinədə səbəb olmuşdur.

Artıq bu gündə müasir, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişafını davam etdirir.Ulu Öndərin zəngin dövlətçilik irsi əbədiyaşardır. Bu gün Ümummilli Liderin dövlətçilik irsi və ideyaları dərindən öyrənilir və çox geniş təbliğ olunur.Bu gün Qalib Ali Baş Komandan olaraq, müharibə yolu ilə ölkəmizə və bölgəyə sülhü, nizam-intizamı gətirən Prezident İlham Əliyev artıq həm ölkədə,həm də bölgədə gələcək siyasi kursu müəyyən edən liderdir.Məlumdur ki, cənab Prezidentində dediyi kimi, bu gün artıq dünyada güc kimdədirsə,
haqda ondadır prinsipi ilə hökm edən liderlər və onların başçılıq etdiyi ölkələrdə mövcuddur. Məhz buna görədə ölkəyə rəhbərlik etdiyi ilk gündən orduya, silah-sursat təminatına,ölkədə hərbi sahəyə diqqət və qayğını hər gün artıran cənab Prezident İlham Əliyev xalqım-ızın 30 illik torpaq həsrətinə son qoydu,AZƏRBAYCANIN son 200 illik yeni tarixində heç birsərgərdənin,rəhbərin edə bilmədiyini, mümkün etdi.Düzdür Şəhidlərimiz və Qazilərimizdə oldu,lakin cənab Prezident onları daim diqqət, qayğısında saxlayır və ölkədə bütün qurumların
şəhid ailələri və qazilərimizin ehtiyyaclarının təmin olunmasını diqqətdə əsas məsələ kimi saxlamağı göstəriş vermişdir.Şəhidlərimiz isə daim qəlbimizdə yaşayac aqdır.Allah şəhidlərimizə rəhmət eləsin.Qarşıda, 07 fevral 2024 cü il tarixdə növbədənkənar Prezident seçkiləri təyin olunmuşdur və gəlir.Xalqımız seçkilərdə yekdilliklə böyük inamla, həvəslə iştirak edəcəkdir və xilaskarı,vətənimiz müasir AZƏRBAYCANIN memarı, qurucusu, ulu öndər Heydər Əliyev siyasi kursuna səs verəcəkdir.Sonda bir daha qeyd etmək istəyirəm, xalqımız əmindir ki, hazırda dünyanı və bölgəni cənginə alan müharibə, xəstəlik və böhran vəziyyətindən onu, yalnız ulu öndər Heydər Əliyev siyasi kursu müasir formada qoruyacaq, daha da güclü edəcək və daim var olacaqdır.


Yeni Azərbaycan PartiyasıSaatlı rayonu 15 saylı ƏPT-n sədri Məmmədov Vüqar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025