Mobil versiya
ABŞ Dövlət Departamenti O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yaydı
Tarix: 08-12-2023 | Saat: 09:41
Bölmə:Siyasət | çapa göndər

ABŞ Dövlət Departamenti O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yaydı


ABŞ-nin Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb.

aia.az xəbər verir ki, Birləşmiş Ştatların xarici siyasət idarəsinin mətbuat xidmətinin məlumatında qeyd olunub:

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə müsbət və konstruktiv görüş keçirib. Görüşdə ölkələrimizin dərin tarixi əlaqələri və ikitərəfli münasibətlərin əhəmiyyəti müzakirə olunub.

Dövlət katibinin köməkçisi O’Brayn Prezident Əliyevə bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Bankının sədrinin və energetika nazirinin Vaşinqtona qarşıdakı səfərlərini alqışlayacaq, habelə katib Blinken tezliklə Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməyi səbirsizliklə gözləyir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025