Qazaxıstanda məhkəmə "Ukraynaya şöhrət" fondunu ləğv edib
Tarix: 06-12-2023 | Saat: 14:20
Bölmə:Özəl | çapa göndər
Qazaxıstanın Atırau vilayətinin İxtisaslaşdırılmış İqtisadiyyat Məhkəməsi humanitar yardımı toplayıb Ukraynaya göndərən “Ukraynaya şöhrət” Fondunun ləğvi barədə qərar qəbul edib. RİA Novosti bu barədə Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Bürosuna (KIBHR) istinadən xəbər verir.Hesabatda qeyd olunur ki, məhkəmə bu qərarla təşkilatın nizamnaməsinin yerli qanunvericilik normalarına uyğunsuzluğu ilə bağlı arqumentlər irəli sürən regional ədliyyə idarəsinin iddiasını təmin edib. İddianın özü təşkilat qeydiyyatdan keçəndən iki həftə sonra - avqustun 25-də qaldırılıb. Onun təmin edilməsi ilə bağlı qərar ötən ay, noyabrın 3-də verilib.
Fondun rəhbəri Turarbek Kusainov şərhində bildirib ki, təşkilat mövcud olduğu müddətdə Ukraynaya ümumi dəyəri 5 milyon tenge (təxminən 11 min dollar) olan humanitar yardım toplayıb göndərib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025
17:12 İlk siyasi hüquqi qiymət