Mobil versiya
Çin Xarici İşlər Nazirliyi ABŞ-dan ölkənin daxili işlərinə qarışmağı dayandırmağı tələb edib
Tarix: 06-12-2023 | Saat: 13:43
Bölmə:Özəl | çapa göndər

Çin Xarici İşlər Nazirliyi ABŞ-dan ölkənin daxili işlərinə qarışmağı dayandırmağı tələb edib

Çinin xarici işlər naziri Vanq Yi Amerikanın dövlət katibi Antoni Blinkenlə söhbətində ABŞ-dan Pekinin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib. Blinken və Vanq Yi dekabrın 6-da telefon danışığı aparıblar. Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl bildirib ki, onlar Yaxın Şərqdəki vəziyyəti və gərginliyin azaldılması səylərinin vacibliyini müzakirə ediblər.

Bundan əvvəl Vanq Yi Aİ səfirləri ilə görüşdə Pekin və Brüssel arasında münasibətlərdə müsbət tendensiyalardan danışıb.Çin nazirinin sözlərinə görə, Çin-Aİ münasibətləri “hərtərəfli şəkildə bərpa olunur və davamlı irəliləyiş göstərir”. Van Yi vurğulayıb ki, Çin-Avropa İttifaqı münasibətləri “Asiya və Avropanın çiçəklənməsi, eləcə də bütün dünyada sabitlik ilə bağlıdır, ona görə də hər iki tərəf onları birgə qoruyub inkişaf etdirməlidir”.
Nazir qarşılıqlı hörməti Çin və Aİ arasında münasibətlərin ən mühüm prinsipi adlandırıb. Onun fikrincə, Çin və Avropa dialoq və əməkdaşlığı seçsələr, dünyada yeni soyuq müharibə olmayacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025