Zəfər Paradı milli qürurumuzun təntənəsidir
Tarix: 06-12-2023 | Saat: 10:12
Bölmə:Siyasət / Özəl | çapa göndər
Bakının Azadlıq meydanında 10 dekabr 2020-ci il tarixdə haqq etdiyi Zəfər paradını keçirdi. Zəfər Paradı hələ uzun müddət müzakirə olunacaq bir hərbi keçid idi. Zəfər Paradında Azərbaycan Silahlı Qüvvələrinə məxsus 150-dək hərbi texnika, həmçinin silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Eləcə də, müharibə zamanı qənimət kimi ələ keçirilmiş ermənilərə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması Azərbaycan xalqının, Azərbaycanın dostlarının böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, Ermənistanı və onun havadarlarını məyusluğa uğratmışdır.
Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın başçılığı ilə əldə etdiyi qələbənin təntənəsi idi. Qürurverici haldır ki, Azərbaycan müasir hərb tarixinə ağılasığmaz yeniliklər gətirdi. İkinci müharibəsi getdiyi müddət ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. 44 gün ərzində Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Bu məğlubiyyət Ermənistan cəmiyyətini bu gün də silkələməkdədir. Üzərindən 3 il keçməsinə baxmayaraq erməni cəmiyyəti hələ də özünə gələ bilməyib. Və yəqin ki, uzun illər bu tendensiya davam edəcəkdir.
Rəşadətli Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti isə son iki ildə qürurla qazanılan Zəfərin verdiyi qalibiyyət hissi ilə yaşamışdır. İkinci Qarabağ müharibəsində iştirak etmiş, Zəfərin qazanılmasında canını, sağlamlığını fəda etmiş şəhidlərimiz, qazilərimiz, demək olar ki, bütün döyüçülər müxtəlif orden və medallarla təltif edilmişdir.
10 dekabr hərbi paradının xüsusiyyətlərinddən biri də, onun Azərbaycan-Türkiyə qardaşlığının bir daha təsdiqi günü olmasıdır. Zəfər Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevlə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı bütün dünyaya mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. 44 günlük Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.
10 dekabr Zəfər paradı müasir Azərbaycan tarixinin ən parlaq səhifəsidir!
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025