Mobil versiya
Zirəddin Rzayev həyatını dəyişdi... - Son dəqiqə
Tarix: 20-09-2016, 12:20 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Zirəddin Rzayev həyatını dəyişdi... - Son dəqiqə



Öz istedadı ilə çoxsaylı tamaşaçıların qəlbinə yol tapan ekstrasens Zirəddin Rzayev həyatında böyük dəyişiklik edib. O, bundan sonra ekranlarda görünəcək.

O, bu dəfə proqram iştirakçısı deyil, “Dom 2“ verilişinin model iştirakçısı Alyona Vodonayeva ilə veriliş aparacaq. “Layf” nəşrinin yaydığı məlumata görə, yeni layihə “Paranormal” adlanır. Bu proqram çərçivəsində aparıcılar qonaqlarla baş verən qeyri-adi, sirli hadisələri müzakirə edəcək, Rusiya şou-biznesinin məşhurlarının həyatındakı qaranlıq məqamları aydınlaşdıracaq.

“Çox şadam ki Alyona kimi parlaq bir xanımın şirkətinin vasitəçiliyi ilə yenidən efirə qayıdıram. Bizim proqramın üstün cəhəti ondan ibarətdir ki, bu veriliş mistika ilə bağlı olan və müsbət ab-hava ilə yüklənən birinci veriliş olacaq. Hər kəs paranormal hadisələrin qara, mənfi tərəflərini görür, müzakirə edir. Bizdə qeyri-adi şeylərdən, mistikadan simamızda təbəssümlə, müsbət tərəflərindən danışacağıq” – deyə Zirəddin veriliş haqda rəy verib.

Verilişin yayımı sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində, Rusiyanın məşhur kanallarından birində planlaşdırılır. Verişilin çəkilişləri artıq start götürüb. Proqramın ilk buraxılışı lentə alınıb.



51 743 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930