Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacaq
Tarix: 01-12-2023 | Saat: 17:26
Bölmə:Siyasət | çapa göndər

Əzəli və qədim torpağımız olan Zəngəzur mahalının taleyi hələ 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə müəyyən edilmişdi. 1920-ci il 10 avqust tarixində Ermənistanı da sovetləşdirmək istəyən bolşeviklər (RKbP) Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu.
Ermənistanda 1920-ci il 29 noyabr tarixində sovet hakimiyyətinin qurulduğu elan olunduqdan sonra Zəngəzurun Ermənistana verilməsi 1920-ci il 30 noyabr tarixində keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Bu qərarla Zəngəzur mahalının böyük bir hissəsi Ermənistan SSRİ-yə “bağışlanıldı”. Ölkəmiz SSRİ-nin tərkibində qalan hissədə isə Zəngilan, Qubadlı və Laçın rayonları yaradıldı. Ermənistan 1933-cü ildə SSR-nin ərazisinin rayonlara bölünməsi ilə Zəngəzur adı xəritələrdən silindi. Tarixə nəzər salsaq, 1992-1993-cü illər hadisələri zamanı erməni hərbi qüvvələri Azərbaycanın tərkibində olan tarixi Zəngəzur mahalının yerində yaradılan yuxarıda qeyd olunan üç rayonu da işğal etdi. Nəhayət 1994-cü ildə müstəqil Azərbaycanın yaranması ilə sürətləndirilmiş erməni işğalları Bişkek protokolu ilə dayandırıldı.
30 il keçən müddət ərzində isə xalqımız və ümummilli lider Heydər Əliyev və onun siyasi varisi cənab İlham Əliyev heç bir vaxt erməni işğalları ilə barışmadı və növbəti qarşılaşma gününədək daim öz iqtisadi, siyasi, hərbi gücünü artırmağa çalışdı. Nəticədə son 30 ildə Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi. Nəhayət xalqımızın səbirsizliklə gözlədiyi gün gəlib çatdı, 27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında növbəti müharibə başlandı. Birinci Qarabağ müharibəsi zamanı hələ təzə müstəqillik əldə etmiş dövlətin zəifliyindən istifadə edən ermənilər bu müharibədə qarşılarında tam fərqli və müqayisə olunmaz dərəcədə güclənmiş Azərbaycanla qarşılaşdılar. 44 gün günlük Vətən müharibəsi nəticəsində Ermənistan tərəfi böyük məğlubiyyətə uğrayaraq, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü kapituliasiya aktına (bəyanat) imza çəkməyə məcbur oldular. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq imzalanan müqaviləyə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını quru yolla birləşdirəcək dəhlizin yaradılması haqqında bənd də əlavə edildi. Bu bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə NMR arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Qeyd edək ki, Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaqdır. İmzalanan bəyanata əsasən Azərbaycan tərəfi yaradılacaq Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini üçün istifadə etmək istəyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Hələ ötən əsrin 70-ci illərdən belə bir layihənin həyata keçirilməsinə xüsusi diqqət göstərilib. Belə ki, SSRİ dövründə də belə bir yolun yaradılması haqqında müzakirələr aparılmışdır. Amma Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun yaradılmasına qarşı çıxaraq, mövcud olan Bakı-Gorus-Naxcıvan yolunun da bağlanmasını zəruri saymış, onu Turan yolu adlandırmışdır. Ümummilli lider Heydər Əliyev istər Azərbaycanda rəhbərliyi dövründə, istərsə də SSRİ-nin özündə yuxarı idarəçilikdə çalışdığı dövrlərdə bu layihənin reallaşdırılması üçün SSRİ rəhbərliyi ilə danışıqlar aparmış və SSRİ rəhbərliyini bu yolunun hər iki müttəfiq respublikalar üçün əhəmiyyətli olacağına inandıra bilmişdi. Lakin ermənilərin pozucu fəaliyyəti nəticəsində o dövrdə bu layihəni gerçəkləşdirmək mümkün olmamışdır. Nəhayət keçən 40 il sonra isə baş verən 44 günlük müharibə nəticəsində dövlətimizin başçısı İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir – ümummilli liderin müəyyən etdiyi strateji hədəfə çatır.
Vətən müharibəsinin nəticəsi olaraq imzalanan 2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyanatın 9-cu bəndi və müharibədən sonra Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanatı ilə Zəngəzur dəhlizinin reallaşması Azərbaycan Respublikası üçün hüquqi zəmin yaradır. Üştərəfli bəyanatda kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Buna görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü. Lakin Ermənistan tərəfi yenə öz pozuculuq siyasətindən əl çəkməyərək 10 noyabr bəyanatının imzalanmasından keçən az bir müddətdə Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən birdən-birə ritorikanın sərtləşdirməsi müşahidə edildi. Öz çıxışlarının birində Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr bəyanatı haqqında danışarkən bu razılaşmada hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan tərəfinin belə çıxışlarının ardıca YAP-ın VII qurultayında bəyan edib ki, üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Qeyd edək ki, Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Bu gün Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir. Hazırda Ermənistan əməkdaşlıqdan boyun qaçırır və Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacayıq. Beləliklə də Ermənistanın Azərbaycanın siyasi iradəsini qəbul etməkdən başqa yolu qalmayacaq. Prezident İlham Əliyev: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əməkdaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. Öz çıxışında dövlətimizin başçısı bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”. Həmçinin öz çıxışında Prezident İlham Əliyev “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq”. Zəngəzur dəhlizinin yaradılması layihəsi regionun yeni kommunikasiya əlaqələrinin yaradılmasına, iqtisadi inkişafına, beynəlxalq yükdaşımaların mərkəzinə çevrilməsinə şərait yaradacaqdır. Qeyd edək ki, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional, istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir. Nəticədə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır.
Azərbaycan Respublikası Zəngəzur dəhlizinin yaradılması ilə yanaşı Ermənistan respublikası ilə də dinc iqtisadi və siyasi əlaqə qurmağa hazır olduğunu bildirmişdir. Ölkə başçımız İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanla əlaqələr qurumasının Ermənistanın özünün iqtisadi inkişafı üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb. Azərbaycan xalqı olaraq biz də bu gün 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsi kimi tarixi torpağımız olan Zəngəzur ərazisində Zəngəzur dəhlizinin yaradılmasına inanır və bu yolda Prezidentimizə tam əminliklə güvənirik.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər