Qisməti şəhidlik zirvəsi olan Cavad
Tarix: 01-12-2023 | Saat: 10:54
Bölmə:Özəl | çapa göndər
44 günlük haqq savaşımızda göstərdiyi hünərlə adını şanlı zəfər tariximizə yazan Vətən qeyrətli minlərlə qəhrəman oğlanlardan biri də Cavad İbadovdur. 1996-cı il dekabrın 10-da Masallı şəhərində dünyaya göz açan bu, Vətən sevdalısı orta məktəbi bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Ordusunda hərbi xidmətə gedib. Öz Vətənini göz-bəbəyi kimi qorumaqla, yolunda canını belə fəda etməyə həmişə hazır durub.
Həyatda başlıca istəyi yağıdan qisas almaq olan Cavad Cabir oğlu əsgəri borcunu layiqincə yerinə yetirdikdən sonra könüllü olaraq “N” saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE kimi qulluq edib. İkinci Qarabağ müharibəsində Füzulinin, Hadrutun azadlığı uğrunda ağır ölüm-dirim savaşında böyük rəşadət göstərib. Oktyabrın 16-da şəhidlik zirvəsinə ucalıb. Xeyli müddətdən sonra, yəni 29 noyabr 2020-ci ildə Masallı şəhər qəbiristanliğında canından əziz tutduğu torpağa tapşırılıb. Ölümündən sonra Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin azadlığı uğrunda medallara layiq görülüb
Bəli, şərəfli ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılan Cavad cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayır, hər an insanlar tərəfindən ehtiramla xatırlanır. Qərinələr boyunca da, belə olacaq. Vətən uğrunda şəhid olanlar heç zaman ölmürlər...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər