Mobil versiya
Dövlət Departamenti: Blinken İsrail və HƏMAS arasında atəşkəs prosesini effektiv adlandırıb
Tarix: 30-11-2023 | Saat: 13:58
Bölmə:Özəl | çapa göndər

Dövlət Departamenti: Blinken İsrail və HƏMAS arasında atəşkəs prosesini effektiv adlandırıb

İsraillə Fələstinin Həmas hərəkatı arasında atəşkəs prosesi öz nəticəsini verir. Bu fikri ABŞ dövlət katibi Entoni Blinken deyib.ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, Blinken, İsrail prezidenti İsaak Hersoq ilə rəsmi görüşü başlamazdan əvvəl ABŞ-ın bu prosesi davam etdirməyə ümid etdiyini qeyd edib.

“Son bir həftə ərzində biz çox müsbət irəliləyişlərin şahidi olduq: girovlar evlərinə qayıdırlar, ailələrinə qovuşurlar və bu, bu gün də davam etməlidir”, o deyib. ABŞ dövlət katibi əlavə edib ki, bu, həm də Qəzza zolağına humanitar yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib ki, HƏMAS girovları azad etdiyi müddətcə atəşkəs uzadılacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025