Mobil versiya
Zelenski Ukraynanın NATO-ya daxil olmasına şübhə ilə yanaşıb
Tarix: 30-11-2023 | Saat: 13:55
Bölmə:Özəl | çapa göndər

Zelenski Ukraynanın NATO-ya daxil olmasına şübhə ilə yanaşıb

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin nə vaxtsa NATO-ya üzv olacağına şübhə edib. O, bu barədə özünün Telegram kanalında yayımladığı videoda bildirib.
“Bunun necə olacağını dəqiq bilmirik. (...) Heç kim sizə dəqiq deyə bilməz. Həm də NATO-da olacağıq, yoxsa NATO-da olmayacağıq. İstəyirik, amma”, - siyasətçi Nikolayevə səfəri zamanı tələbələrlə görüşdə deyib.

Zelenski həmçinin milli təhlükəsizliyin gücləndirilməsi məsələsini prioritet adlandırıb. O qeyd edib ki, Ukraynanın alyansa üzv olub-olmayacağından xəbəri yoxdur. Eyni zamanda, Ukrayna lideri bir daha vurğuladı ki, respublika NATO standartlarına doğru irəliləyir və hakimiyyət “milli təhlükəsizliyin ən yüksək səviyyədə olmasını” təmin etmək üçün hər şeyi etməlidir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025