“ Günəş olsun, bir də anam olsun!”
Tarix: 29-11-2023 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər
İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda canından keçərək tarix yazan qəhrəmanlardan biri də şəhid leytenant Vüsal Kazımovdur. Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində onu dünyaya gətirən ana Gülər Kazımovanın 56 yaşı tamam oldu. Vüsal kimi Vətən qeyrətli bir igid böyütdüyünə görə indi hami bu, Azərbaycan anasına hörmət etməyi, onu qarşısında baş əyməyi özünə ən müqəddəs borc bilir. Bəli, Vüsalı Vətəninə, xalqına sevdalı edən əsasən ana südü idi.
Qəhrəman anası Gülər Kazımova doğma kənd məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Dünyanın gözəl anası olmaqla, həm də öz peşəsinə ürəkdən bağlı, şagirdlərini əsl ana məhəbbəti ilə sevən bir müəllimdir.
Gülər ana, bütün Azərbaycanın fəxri, qürur mənbəyisən. Süd verdiyin Vüsalın səpdiyi qəhrəmanlıq toxumları artıq minlərlə ürəkdə cücərir. Elə buna görə ucasan, dahi anasan. Həyatının 56-ci ili bu ucalıqda günəş kimi görünür. Vüsal da uşaq vaxtı deyərdi: “ Günəş olsun, bir də anam olsun!” Yaşadığın ömür yolun həqiqətən örnəkdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər