Mobil versiya
İrəvan Qazaxın 7 kəndini Bakıya qaytarmağa hazır olduğunu AÇIQLADI
Tarix: 28-11-2023 | Saat: 16:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

İrəvan Qazaxın 7 kəndini Bakıya qaytarmağa hazır olduğunu

İrəvan sovet dövründə mövcud olan anklavları (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi - red.) Bakıya qaytarmağa hazırdır.

aia.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyan qeyd edib ki, Ermənistan bunun müqabilində anklav formasiyasının tərkibində yerləşən Artsvaşen kəndini (Başkənd) də alır.

O, Ermənistan və Azərbaycan tərəflərinin bu məsələnin həllini tapacağına əminliyini ifadə edib: "Mən indi konkret heç nə deyə bilmərəm, lakin hüquqi əsaslar varsa, biz anklavları onlara qaytarmağa hazırıq və onlar bizim Artsvaşenimizi qaytaracaqlar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025