Mobil versiya
Əli Kərimli hoqqabazlığının həzin sonu yaxınlaşır - ŞƏRH
Tarix: 28-11-2023 | Saat: 15:35
Bölmə:Siyasət | çapa göndər

Əli Kərimli hoqqabazlığının həzin sonu yaxınlaşır - ŞƏRH

Əli Kərimlinin iddiaları, təkəbbürü təzə şey deyil. Siyasi müstəvidə məğlubiyyətini etiraf etməyən, trol ordusu yaradıb siyasi səhnədə duruş gətirmək uğrunda mənasız mübarizə aparan Əli Kərimli, əslində, özü-özünə quyu qazmaqla məşğul olmuşdur.

Adam öz mənasız və cəfəng iddialarına o qədər aludə olmuşdu ki, hətta 44 günlük Vətən müharibəsində belə xalqın, dövlətin istəyi əleyhinə bəyanatlar səsləndirməkdən çəkinməmiş, bütün partiyalarla bir arada olmağı özünə rəva bilməmişdi.

Sosial şəbəkələrdə, “Youtube” platformasında söyüş söyənlərin, təhqiramiz şərh yazanların 99%-i onun trol dəstəsinin üzvləridir desək, yanılmarıq. Adamın trol şəbəkəsi bütün günü şər, böhtan və söyüş emalı ilə məşğuldur.

Danışanda pafosla, siyasi ambisiyalarla danışan, əslində isə, cılız təfəkkürə malik bu “lider”in həzin sonu yaxınlaşmaqdadır. Çünki artıq onun iç üzünü öz partiyadaşları belə anlamaqda çətinlik çəkmir. Yüzlərlə insanı özünün siyasi ambisiyaları ilə illərdir avara qoyan bu adamın əsl mahiyyəti aydın olduqca partiyada istefalar, çatlar və qopmalar qaçılmaz hala gəlib. Son günlərdə məlum olub ki, AXCP Nizami rayon şöbəsinin keçmiş sədri Seymur Əhmədzadə və partiya fəalı Pərvin Hüseynli partiyadan istefa verdiklərini bəyan ediblər.
Bu gənclər istefa bəyanatlarında Əli Kərimlinin dövlətçiliyə zidd mövqeyinə qarşı çıxdıqlarını bəyan etdikdən sonra trol dəstəsinin hücum dalğası başlasa da elə bir əhəmiyyətli nəticəyə nail olmaq mümkün olmamışdır. Yüksək ideallar cılız adamların yemi olmadığından gənclər Əli Kərimli siyasətinin lax yumurta kimi iyləndiyini və sonucda dövlətçiliyimzə ziyan gətirməkdən başqa bir şey olmadığını dərk etdikcə onun ətrafında qalanları barmaqla saymaq mümkün olacaq.

Hadisələrin gedişatı göstərir ki, zatən 5004 imzanı zor-güc toplayan Əli Kərimlinin yaxın vaxtlarda bir imzaya belə ehtiyacı olacaqdır. Bu da o deməkdir ki, partiyanın Dövlət Reyestrindəki qeydiyyatı sual altına düşəcəkdir. Son qurultay şousu da bu prosesin qaçılmaz olduğunu təsdiqləmiş, məhz həmin şoudan sonra sağlam qüvvələr bu adamın antidövlət mahiyyətini daha yaxşı anlamışlar.

Bəli, atalar deyib ki, “quduran qırx gün gedər”. Bu qudurğan ritorika elə belə də sonuclanmalı idi. Yəqin ki, bu hadisələrin axarında Əli Kərimli siyasətinin, daha doğrusu, hoqqabazlığının həzin sonunu görəcəyik.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025