Mobil versiya
Budanovun arvadının ardınca Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşında “zəhərlənmə” aşkarlanıb
Tarix: 28-11-2023 | Saat: 15:33
Bölmə:Özəl | çapa göndər

Budanovun arvadının ardınca Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşında “zəhərlənmə” aşkarlanıb


Ukrayna KİV-i yazır ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) bir neçə əməkdaşına ağır metaldan zəhərlənmə diaqnozu qoyulub.“Ukrayinska Pravda” nəşrindəki mənbə bu idarənin rəhbərinin həyat yoldaşı Kirill Budanovun çox güman ki, “yeməkdən zəhərləndiyini” bildirib. Nəşr bildirir ki, qadın özünü pis hiss etməkdən şikayətlənib və zəhərlənmə aşkar edən testlərdən keçib.
Mənbənin qeyd etdiyi kimi, Budanovun arvadı “kiçik və yüngüldür” və buna görə də onun zəhərlənməsi “böyük” və “özlərində heç nə hiss etməyən” digər işçilərə nisbətən daha tez aşkarlanıb. TASS nəşri xəbər verir ki, hazırda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin digər “zəhərlənmiş” əməkdaşları da müalicə alırlar.

Daha əvvəl Ukrayna KİV-i onların Marianna Budanovanı qəsdən “zəhərləməyə cəhd etdiklərini” iddia edib, Ukraynada bu faktla bağlı cinayət işi aparılır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025