Azərbaycan qlobal miqyasda ədalətin carçısına çevrilib
Tarix: 28-11-2023 | Saat: 15:24
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın dünyanın əksər ölkələri və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Belə dinamik inkişaf ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Artıq dünya Azərbaycanı, həm də onun təkcə paytaxtını deyil, bir sıra digər şəhərlərini də möhtəşəm beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkan kimi tanıyır. Bu dəfə də Bakı həmin qəbildən daha bir tədbirə, əslində, bütün regionun dayanıqlı inkişaf platforması, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsinə evsahibliyi etdi. Zirvə görüşündə Proqramın üzvü olan ölkələrin başçıları və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi dövlətimizin mövqeyini gücləndirir, həm də ölkəmizin gələcək imkanlarını daha da genişləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışı bir neçə cəhətdən mühüm əhəmiyyət daşımaqdadır. Zirvə toplantısında dövlət başçısı ölkəmizin iqtisadiyyatında baş verən inkişafın və gələcəkdəki potensialların qiymətləndirilməsi ilə bağlı çıxışında Azərbaycan iqtisadiyyatının dünəni bugününü şərh edərək, gələcəkdəki hədəflərin anonsunu verdi.
Keçirilən beynəlxalq tədbirlərdə dövlət başçısı İlham Əliyev hər bir çıxışında artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu əsaslı şəkildə qeyd edir. Sözügedən Zirvə görüşü də bu baxımdan diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, “2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimiz tam bərpa edildi və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyuldu.”
Torpaqlarımızın erməni işğalından azad edilməsinin Azərbaycanın böyük hərbi, siyasi gücə malik dövlət olmasının göstərici olduğunu bildirən Prezident İlham Əliyev qeyd etdi ki, “hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik və ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq». Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”.
Bir sözlə, yaradılmasının 25-ci ildönümündə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsidir. Bütün bunlar isə bir daha onu göstərir ki, xalqımızı və dövlətimizi perespektivdə hələ möhtəşəm sosial, iqtisadi uğurlar, diplomatik qələbələr gözləyir.
Ramil Hüseynov,
Salyan rayon gənci, YAP fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər