SPECA-ya ev sahibliyi etmək dövlətimizin böyük nailiyyəti və uğurudur
Tarix: 28-11-2023 | Saat: 15:21
Bölmə:Özəl | çapa göndər
Artıq dünya Azərbaycanı, həm də onun təkcə paytaxtını deyil, bir sıra digər şəhərlərini də möhtəşəm beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkan kimi tanıyır. Bu dəfə də Bakı həmin qəbildən daha bir tədbirə, əslində, bütün regionun dayanıqlı inkişaf platforması, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsinə ev sahibliyi etdi.
Bu dəfəki tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla yanaşı Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi qonaq qismində dəvət olundular. Ölkəmizin yuxarıda qeyd olunan ölkələrlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı Azərbaycanın Cənubi Qafqazın lideri olaraq qüdrətini bir daha dünyaya təqdim etdi.
SPECA-nın yaranmasından keçən 25 il ərzində həm regionda, həm də dünyada müxtəlif hadisələrin yaşanması ilə şərtləndi. Məhz Heydər Əliyev Mərkəzində keçirilən Zirvə toplantısında dövlət başçısı cənab İlham Əliyev ölkəmizin iqtisadiyyatında baş verən inkişafın və gələcəkdəki potensialların qiymətləndirilməsi ilə bağlı çıxışında Azərbaycan iqtisadiyyatının dünənini, bu gününü şərh edərək gələcəkdəki hədəflərin anonsunu verdi.
Nəticə etibarı ilə son 20 ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş 310 milyard dollar həcmində iri investisiyadan bəhs edilərək bu prosesin sürətlə davam etməsi və həyata keçirilən meqa layihələrin əsas istiqamətinin də məhz qeyri-neft sektorunun inkişafı qeyd olundu.
Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq təsisatlarda olduğu kimi, SPECA-da da fəal rol oynadığını qeyd edən cənab Prezident İlham Əliyev belə bir vacib məqamı xüsusi vurğulamışdır ki, SPECA yarananda müstəqilliyinə yeni nail olmuş üzv ölkələrin qarşısında həllini gözləyən bir çox ağır problemlər, çağırışlar durmuşdu. Lakin ötən illər ərzində bu ölkələr həmin problemləri həll etmiş, dövlət suverenliklərini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən xeyli inkişaf etmişlər. Bu dövlətlər müstəqil siyasət yürüdürlər və bu siyasətin prioritetlərini yalnız öz ölkələrinin milli maraqları əsasında müəyyənləşdirirlər.
Daha bir vacib amil təşkilata üzv ölkələrdə ictimai-siyasi sabitliyin hökm sürməsidir. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət aldığı halda, həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf və quruculuq prosesləri uğurla gedir. Bu isə əlbəttə ki, ölkələrimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edən önəmli məqamdır.
Möhtərəm dövlət başçımız qonşu Ermənistanın timsalında dünyada asılı, özünü daha böyük dövlətlərin marionetinə çevirən ölkələrin də az olmadığını diqqətə çatdırdı. Əlbəttə ki, belə ölkələrə heç bir halda müstəqil demək olmaz. Belə dövlətlərin siyasəti xalqlarının iradəsinə əsaslanmır və onların taleyi xarici sponsorların əlindədir. Necə ki, Ermənistanın da siyasəti hazırda Fransa tərəfindən müəyyən edilir və yönləndirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda olduğu kimi, SPECA-da da xüsusi fəallığı ilə seçilir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamalar önəmlidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Təbii ki, dost ölkələr olaraq SPECA-ya üzv dövlətlər də Azərbaycanın bu yönümdə fəaliyyətini diqqət və maraqla izləyirlər. Böyük bir ərazidə sıfırdan yeni şəhər və kəndlərin inşası əlbəttə ki, böyük resurslar tələb edən işdir. Cənab Prezident İlham Əliyev aparılan işlər barədə sammit iştirakçılarını məlumatlandıraraq bildirdi ki, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Artıq keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bütün bunlar isə, ilk növbədə, Azərbaycanın iqtisadi gücünün göstəricisidir.
İlkin Kərimov,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini, YAP fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər