SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar
Tarix: 28-11-2023 | Saat: 15:18
Bölmə:Özəl | çapa göndər
Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaradılmasının 25-ci ildönümü qeyd olunur. Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Təşkilata sədrlik edən Azərbaycan bu münasibətlə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisi oldu. Ən əsası Azərbaycanın dünyaya nümunə olan dayanıqlı inkişaf modeli ölkəmizin bu təşəbbüslərində öz əhəmiyyətli rolunu oynayır. Ölkə Prezidenti İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, həmçinin Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaq qismində iştirak etmələri SPECA-nın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olduğundan xəbər verən məqamdır. Dövlət başçısı Sammitdəki çıxışında Azərbaycanın BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladığını və BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları məbləğində vəsait ayıracağını bəyan etməklə ölkəmizin təşkilatda oynadığı rolun önəmini bir daha qeyd etmiş oldu.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində ölkəmizdə əlverişli investisiya mühiti formalaşıb. Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr məkanı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü deyir. Prezident İlham Əliyev sözügedən Zirvə görüşündə onu da vurğulamışdı ki, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycanın nəqliyyat və tranzit imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da xüsusi qeyd edilir. Son üç ildə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə də diqqət yetirsək görərik ki, nəqliyyat infrastrukturunun bərpası və yenilənməsi prioritetdir. Beynəlxaq status qazanan hava limanlarının bu torpaqlarda inşası həmin ərazilərin coğrafi mövqeyinin təqdimatında öz sözünü deyir. Azad Qarabağ və Şərqi Zəngəzur hava qapılarını dünyaya açıb. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanının isə tikintisi davam edir.
Zirvə görüşündəki çıxışında “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil” söyləyən dövlət başçısı cənab İlham Əliyev onu da əlavə etdi ki, onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.
Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, sözünün imzası qədər dəyəri olan ölkə kimi nüfuz qazanıb. Azərbaycanın hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönəlib. Tarixi Zəfərimizdən dərhal sonra Ermənistana təklif edilən sülh müqaviləsi də bunun təsdiqidir. Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır.
Ümumilikdə Zirvə görüşü SPECA-ya üzv dövlətlərin gələcək əməkdaşlığı üçün geniş imkanlar açdı. Tədbirin sonunda imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara çatmaq yolları öz əksini tapıb.
Aynur Hüseynova,
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər