Mobil versiya
Yunanıstanda Sunak Londonda baş nazir Kiriakosla görüşünü ləğv etdiyinə görə qınanılıb
Tarix: 28-11-2023 | Saat: 14:56
Bölmə:Özəl | çapa göndər

Yunanıstanda Sunak Londonda baş nazir Kiriakosla görüşünü ləğv etdiyinə görə qınanılıb

Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis, Britaniya Muzeyində saxlanılan Parthenon heykəllərinin geri qaytarılması çağırışlarından sonra Böyük Britaniyanın baş naziri Rişi Sunakın Yunan həmkarı Kiriakos Mitsotakis ilə Londondakı görüşünü ləğv etmə qərarını tənqid edib. Ekathimerini xəbər verir ki, o, bu inkişafı görünməmiş və hörmətsizlik adlandırıb.“Bu, elə-belə edilən bir iş deyil. Biz presedent axtarırıq və tapa bilmirik”, - Marinakis bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyanın belə bir addımı “təkcə Yunanıstanın baş nazirinə deyil, həm də Yunan xalqına hörmətsizlikdir”.

“Biz güman edirik ki, o, [Sunak] Parthenon heykəllərinin qaytarılması ilə bağlı ölkəmizin davamlı mövqeyini təsdiqləyən şərhlərdən qıcıqlanıb”, - hökumət sözçüsü bildirib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak yunanıstanlı həmkarı Kiriakos Mitsotakis ilə Londonda keçirəcəyi görüşü ləğv edib.

Görüş baş tutmağa bir neçə saat qalmış ləğv edilib. The Guardian qeyd edib ki, Sunak bu qərarı Yunanıstan baş nazirinin Britaniya Muzeyində saxlanılan Parthenon heykəllərinin ölkəyə qaytarılması ilə bağlı çağırışlarından sonra verib.

Sunak Parthenon heykəlləri mübahisəsinə görə Yunanıstanın baş naziri ilə görüşünü ləğv edib

Sözügedən heykəllər 200 il əvvəl İngiltərənin elçisi Lord Tomas Brüs Elgin tərəfindən götürülüb. Nəşr qeyd edib ki, London onları geri qaytarmaq fikrində deyil.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025