Mobil versiya
AXCP parçalanır
Tarix: 27-11-2023 | Saat: 12:01
Bölmə:Özəl | çapa göndər

AXCP parçalanır

Təkəbbürü Əli Kərimlinin sonunu yaxınlaşdırır

İnsanların özünü təkəbbürlü aparması günümüzdə də ən aktual problemlərdəndir. Təkəbbür insanın istər fərdi həyatında, istər ictimai həyatında, çox böyük əhəmiyyət kəsb edir. Axı bəzən məhz təkəbbür insanların yaxşını-yamanı anlamasına mane olan ən ciddi səddir. Azərbaycan siyasi reallığında öz təkəbbürünün qurbanı olan siyasətçilərdən birincisi Əli Kərimlidir. Onun hələ AXCP-də sədr müavini olduğu dövrdən apardığı siyasət nəticəsində bu partiya bir neçə yerə parçalandı. Partiyaya tam sahibləndikdən sonra hər zaman demokratiyadan dəm vuran Əli Kərimli bir diktatora çevrildi.
Onun diktatura rejiminə maneçilik törədənlər isə Əli Kərimlinin trol şəbəkəsi tərəfindən linc olundu. Uzun müddət bu kimi hallarla üzləşməmək üçün bir çoxları daha çox arxa planda qalmağa və partiyadan uzaqlaşmağa cəhdlər göstərdilər. Amma bu hal da Əli Kərimlinin trol şəbəkəsini qane etmir. AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü, AXCP Nizami rayon şöbəsinin keçmiş sədri Seymur Əhmədzadə və partiya fəalı Pərvin Hüseynli partiyadan istefa verdiklərini bəyan ediblər. Partiyadakı mənbələrin məlumatına görə Seymur Əhmədzadə ilə Əli Kərimli arasında problemlər olub. Partiya sədrinin tutduğu ikili mövqe Seymur Əhmədzadə kimi gəncləri hiddətləndirib. Pərvin Hüseynli isə partiya sədrinin antidövlətçilik mövqeyinə etiraz edib. Bu səbəbdən də AXCP-dən istefa verənlərin sayı daha da artacaq. Belə getsə, partiyaların reyestrindən keçmək üçün Əli Kərimlinin verdiyi siyahıdakı 5004 nəfər artıq azalır və 5 minin altına düşür. Bu da nə deməkdir, Əli Kərimli fikirləşsin. Müşahidələr onu da göstərir ki, AXCP sədrinin rəhbərliyi altında gerçəkləşdirilən sonuncu qurultay şousu bir çox cəhbəçinin narazılığına səbəb olmuşdu. Bu isə bu partiyanın sonu ola bilər.
İslam Peyğəmbəri buyurur: "Təkəbbürlü olanları Allah alçaldar". Yəni hər kim ki, özünü yüksək, böyük bilsə və digərlərini isə aşağı saysa, özünün Allah Təala tərəfindən alçaldılmasına səbəb olar. Odur ki, insan özünə qiymət vermədə, özünü dəyərləndirmədə diqqətli olmalıdır. Əli Kərimli də təkəbbürünün qurbanı olmağa çox yaxındır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə