Mobil versiya
Ermənistan parlamenti hakimiyyəti Rusiya ilə münasibətləri gərginləşdirməkdə ittiham edib
Tarix: 24-11-2023 | Saat: 12:38
Bölmə:Özəl | çapa göndər

Ermənistan parlamenti hakimiyyəti Rusiya ilə münasibətləri gərginləşdirməkdə ittiham edib

Sputnik.Armeniya xəbər verir ki, “Mənim şərəfim var” müxalifət parlament fraksiyasının katibi Tiqran Abramyan Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə daim problemlər yaradır. Onun sözlərinə görə, ölkələr arasında fikir ayrılıqlarında qeyri-adi heç nə yoxdur, lakin Moskva ilə əlaqələri kəsmək mümkün deyil.
“Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti münasibətləri hər cür gərginləşdirir, münaqişəyə gətirib çıxarır və onu o həddə çatdırmağa çalışır ki, bundan sonra normala qayıtmaq mümkün olmayacaq”, - Abramyan qeyd edib.

O, əlavə edib ki, Ermənistanla Rusiya arasında münasibətlərin yaxşılaşmasının mümkünlüyünə inanır, lakin indiki hakimiyyət dövründə bunun baş verməsi ehtimalı azdır. Abrahamyan vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın komandası əvvəlcə Moskva ilə münasibətləri pisləşdirmək kursunu müəyyənləşdirib.“[Ermənistan hakimiyyətinin] buna nə istəyi, nə də iradəsi var. Üstəlik, ideoloji baxımdan Ermənistan hakimiyyəti tamam başqa istiqamətdədir”, - deyə müxalifətçi deputat yekunlaşdırıb.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025