Mobil versiya
Yəmən qüvvələri fələstinlilərə dəstək olaraq işğal olunmuş ərazilərə qanadlı raket hücumu həyata keçirib
Tarix: 23-11-2023 | Saat: 14:58
Bölmə:Özəl | çapa göndər

Yəmən qüvvələri fələstinlilərə dəstək olaraq işğal olunmuş ərazilərə qanadlı raket hücumu həyata keçirib


Yəmən Silahlı Qüvvələri İsrailin amansız təcavüzündən əziyyət çəkən Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə dəstək məqsədilə işğal olunmuş ərazilərə növbəti hücuma keçdiyini açıqlayıb.

"Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri... İsrail qurumunun müxtəlif hərbi hədəflərinə qanadlı raketlər partiyası atıb", - qüvvələrin çərşənbə günü yaydığı bəyanatda deyilir.

Açıqlamada hədəf “İşğal edilmiş Fələstinin cənubu Umm ər-Rəşraş” olaraq göstərilib.

“Yəmən Silahlı Qüvvələri İsrailin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı təcavüzü dayanana qədər hərbi əməliyyatlarını davam etdirir”, - deyə yekunda qeyd olunub.

Bəyanat, İsrail rejiminin oktyabrın 7-dən bəri Qəzzaya qarşı apardığı və indiyədək 6 minə yaxın uşaq olmaqla 14 min 532 fələstinlinin həyatına son qoyduğu davam edən müharibə fonunda verilib. Rejim də müharibə başlayandan İordan çayının qərb sahilinə hücumlarını gücləndirib.

Yəmən qüvvələri hərbi kampaniyanın başlamasından sonra işğal olunmuş ərazilərə qarşı bir neçə əməliyyat keçirib.Bu yaxınlarda qüvvələr Yəmən hərbi birləşmələrinin İsrail şirkətlərinə məxsus və ya idarə etdiyi və ya İsrail bayrağı daşıyan və ölkənin ərazi sularından keçə biləcək bütün gəmiləri hədəf alacağına dair xəbərdarlıq etdikdən sonra İsrail gəmisini ələ keçirib və gəmidə olan 52 nəfəri saxlayıb.

Yəmənin Milli Qurtuluş Hökumətinin informasiya naziri də bazar ertəsi Livanın əl-Mayadeen televiziya şəbəkəsinə verdiyi müsahibədə Qırmızı dənizdən keçən bütün İsrail gəmilərinin “qanuni hədəflər” olduğunu vurğulayıb.

“Biz cinayətkar düşmənlə qarşı-qarşıyayıq və [Fələstinlilərə qarşı törədilən] qırğınları və soyqırımı görən hər kəsin neytral qalması mümkün deyil. Beləliklə, biz o düşmənə aid olan hər şeyi hədəfə alacağıq”, - Deyfullah əl-Şami bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025