Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində, doğma Yeni Azərbaycan Partiyasının rolu
Tarix: 23-11-2023 | Saat: 10:02
Bölmə:Özəl | çapa göndər
İlk olaraq məsuliyyətlə, yazıya bu başlığı seçməyimin səbəbini xüsusi olaraq qürurla qeyd etmək istəyirəm.Çünki haqqında yazmaq istədiyim Partiyanın qurucusu, bütün azərbaycanlıların idealı, müasir ölkəmizin, dövlətimizin Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevdir!
Ulu öndərin ruhunu böyük etiramla yad edir, Allahdan rəhmət diləyirəm. Artıq əminliklə qeyd edirəm ki, tarixi təcrübə sübuta yetirdi ki, həlledici məqamlarda xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda birləşərək, bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çox çətin və bəzəndə mümkünsüz olur.Xalqın XX əsrdə yetişdirdiyi ən böyük insan, şəxsiyyət Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması baxın belə bir tarixi zərurətdən irəli gəldi.1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin idarəetmə səriştəsizliyi ucbatından bu müstəqilliyi möhkəmləndir-mək,dövlətimizin dayaqlarını gücləndirmək mümkün olmamışdı.Həmçinin Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu.Belə zamanda cəmiyyətin içindən sağlam nəzərlər Naxçıvana dikilmişdi.Ölkənin çətin vaxtında Ulu öndərin ətrafında sıx birləşməyə, onun dərin zəkası sayəsində xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi demək olar ki, cəmiyyətin bütün qruplarını əhatə edirdi.Azərbaycan xalqının əzab,əziyyətini,ölkənin məhvə sürüklənməsini,
ziyalılarımızın ürək ağrısı ilə nigarançılığını,o cümlədən bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Xilaskarımız Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq vermişdi.Artıq müraciətdə yaradılmasına qərar verilən “Yeni Azərbaycan” adlı siyasi partiyaya sədrlik, rəhbərlik etmək üçün yeganə lider olaraq görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin olduğu bəyan olunmuşdur.Hətta həmin vaxtı Azərbaycanın tanınmış ziyalıları Naxçıvana gedərək Muxtar Respublika Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər Heydər Əliyevlə görüşür və onun razılığını almaq üçün xahişlər edir, iş aparırdılar. Lakin Respublikada heç bir vəzifə tutmaq niyyəti olmayan Ulu öndər buna razılıq vermirdi. Bununla belə, həm ziyalılarımızın təkidli tələbi, ən əsası isə xalqımızın düşdüyü ağır vəziyyət, yeni qurulmuş ölkənin müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalması doğma xalqına və ölkəsinə ürəkdən bağlı olan dahi şəxsiyyət Heydər Əliyev belə çətin və mürəkkəb şəraitdə üzərinə düşən tarixi missiyanı yerinə yetirmək, Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak etmək üçün razılıq vermişdir. Daha sonra 91 nəfərdən ibarət Azərbaycan ziyalıları 16 oktyabr 1992-ci il tarixdə “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət məktubu ilə çıxış edərək, hazırkı çətin və mürəkkəb siyasi-iqtisadi və mənəvi böhran mərhələsində müstəqil dövlətin və xalqın xilas edilməsi naminə “Yeni Azərbaycan” adlandırılacaq siyasi partiyanın yaradılmasını və ulu öndər Heydər Əliyevin həmin partiyaya sədrlik, rəhbərlik etməsini xahiş etdilər.Ulu öndərin müəyyən etdiyi azərbaycançılıq ideologiyası Yeni Azərbaycan Partiyasının siyasətinin əsasını təşkil edir.Bu məqamı xüsusi vurğulamaq istəyirəm ki, Yeni Azərbaycan Partiyası yaradıldığı 21 noyabr 1992 ci ildən,
yaradıcısı olan Heydər Əliyev in ölkə Prezidenti seçildiyi 3 oktyabr 1993 -cü ilə qədər müxalifət partiyası olaraq fəaliyyət göstərmişdir.Müxalifətdə olduğu dövrdə yeni azərbaycançılar öz işlərini demokratik prinsiplər əsasında qurmuş, təmsil etdikləri partiyanın proqramı və nizamnaməsinin çağırışlarına məsuliyyətlə əməl etmişlər. Yeni Azərbaycan Partiyasının fəalları daim cəmiyyət hadisələrini kortəbii çağırışlara, kütlə psixologiyasına istinad etmək və qarşıdurma yaratmaqla deyil, mövcud prosesləri ölkə reallıqları və dünya təcrübəsi vasitəsi ilə qiymətləndirib, addım atmağa üstünlük verdiklərini nümayiş etdirmişlər. Beləliklə, həmin dövrdə də Yeni Azərbaycan Partiyası ölkəmizdə əsl siyasi müxalifət partiyası kimi fəaliyyət göstərmək mədəniyyətini nümayiş etdirmişdir.Həddindən artıq zəngin idarəçilik təcrübəsi, güclü iradəyə sahib şəxsiyyət Ulu öndərin, ölkədə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, ümumiyyətlə varlığını məhv olmaq təhlükəsindən xilas etməklə, Azərbaycan parlamenti tarixində yeni bir dövrün başlanğıcını qoydu.Qürurla qeyd edirəm ki, Ulu öndərin xilaskarlıq missiyası nəticəsində ölkəmiz, ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu.
Ölkəmiz qısa müddət ərzində stabilliyə və xalqın sosial-rifahına hesablanaraq, yürüdülən siyasət nəticəsində tezliklə xaosdan, hərc,mərclikdən,dağılmaq,parçalanmaq və məhv olmaq təhlükəsindən uğurla çıxaraq gələcəyə, inamla baxan dövlətə çevrildi. Respublikada tezliklə ictimai-siyasi sabitlik yaradıldı.Müxtəlif Dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı.Eyni zamanda cəbhə xəttində atəşkəs elan olundu. Ordu quruculuğunda yenidən qurma və əməli addımlar atıldı.Geniş miqyaslı hüquqi, iqtisadi, sosial islahatlara start verildi.Ölkədə azad, ədalətli və şəffaf seçki sistemi formalaşdı və yaradıldı.Dəfələrlə prezident parlament və bələdiyyə
seçkiləri keçirildi.Siyasi partiyaların,qeyri-hökumət
təşkilatlarının,Kütləvi İnformasiya Vasitələrinin sərbəst şəraitdə fəaliyyətinə şərait yaradıldı.Qeyd etmək istəyirəm ki,təsadüfi deyildir ki,müstəqil Azərbaycanın parlamenti,yeni yaranmış olan Yeni Azərbaycan Partiyası-nın sədri ulu öndər Heydər Əliyevin ölkə rəhbər- liyinə qayıdışını, özünün 27 iyun 1997 ci il tarixli qərarı ilə Xalqının Milli Qurtuluş günü kimi elan etdi.Məhz bu gün parlament münasibətlərini özündə ehtiva edən və dövlət idarəçiliyində yüksək səviyyəli lider,Prezident olmuş ümummilliLider Heydər Əliyev məktəbini bitirmiş,onun ideyalarından bəhrələnmiş Azərbaycan, bu gün öz uğurları ilə dünyanı heyrətləndirir.Bu yerdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Milli Məclisdə dediyi sözlərlə davam etmək istəyirəm:
”Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir....Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir – ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını
yaxşılaşdırmaq,güclü,zəngin
dövlət yaratmaqdır”.
Partiyamızın qurucusu Heydər Əliyevin ölkədə yeritdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli
adamların seçilməsi üçün şərait yaratdı.Parlament işində böyük dönüş yarandı, ölkəhəyatının müxtəlif sahələrini əhatə edən yeni daimi komissiyalar fəaliyyətə başladılar.Respublikanın iqtisadi,mədəni və elmi inkişafı üçün hüquqi baza yaradıldı,
bu sahələr üzrə onlarla qanun, qərarlar qəbul edildi. Ümummilli Lider bu dövrdə respublikada qanunun möhkəmləndirilməsi istiqamətində də mühüm
tədbirlərin təşəbbüskarı kimi çıxış edirdi.Xüsusi qeyd edim ki, Xalqının dahi şəxsiyyət Heydər Əliyevə olan böyük inamı siyasi arenada yeni yaranan, parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinəimkan verdi.Ulu öndər Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini, ilk ərazi təşkilatlarını yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə zəmin yaratdı.Nəhayət öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq,varislik,həmrəylik, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artır.Respublikada baş verən ictimai-siyasi proseslərə təsir imkanları genişlənir.Şübhəsiz bütün bu amillər, partiya sıralarına insan axınını da dahada sürətləndirir. Belə ki, ötən dövr ərzində partiyamızın sıraları təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə çox yüksəlmişdir.Yeni Azərbaycan Partiyasının III qurultayında, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasına Sədr seçilməsi partiya-mızın inkişafında yeni mərhələnin əsasını qoydu.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi özünəməxsus inkişaf yoluna və ənənələrə malik olan bu partiyanın daha da inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə ciddi əhəmiyyət verir.Yeni Azərbaycan Partiyası ölkəmizdə hal-hazırda ictimai-siyasi mühitin ən mütəşəkkil, aparıcı qüvvəsidir.Partiyamızın sədri , Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Yeni Azərbaycan Partiyasında aparılan geniş həm struktur,
həm də kadr islahatları ölkəmizdə partiya quruculuğu sahəsində əldə edilən böyük nailiyyətdir.Bu gün təkcə ölkədə yox,bölgədə,hətta dünya miqyasında beynəlxalq
əlaqələr baxımından Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək ikinci bir partiya göstərmək
çətindir.Yeni Azərbaycan Partiyasının çoxşaxəli və səmərəli fəaliyyəti, beynəlxalq nüfuza malik siyasi təşkilat kimi böyük uğurla öz yolunu davam etdirməsi, daim yeniləşməsi və inkişafı Azərbaycan Respublika
sının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Yeni Azərbaycan Partiyasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini kimi çoxcəhətli səmərəli fəaliyyəti barədə xüsusi olaraq qeyd etmək istəyirəm.Mehriban xanım geniş mənada ölkəmizdə bütün sahələr üzrə müasir inkişafın, o cümlədən partiyamızın siyasi fəaliyyətinin daha da genişləndirilməsinə və gücləndirilməsinə uğurla xidmət edir və böyük töhfələr verir. Mehriban xanımın xüsusilə qayğıkeş və eyni zamanda tələbkar bir Lider olması Onun cənab Prezidentin tövsiyyəsi və Azərbaycan xalqının sosial-sifarişi ilə Birinci vitse-prezident vəzifəsinə təyyinatından sonra açıq-aşikar göründü.
Yeni Azərbaycan Partiyası hər daim inkişafdadır,
dünyada baş verən bütün proseslərə reaksiya verən və müasir dünya ilə ayaqlaşan, yeniliklərə açıq bir partiyadır.Bildiyiniz kimi,
müasir dünyada siyasi mübarizənin vizual,
virtual formada aparılması meyli getdikcə artmaqdadır. Yeni Azərbaycan Partiyasının fəaliyyət proqramlarından biri və birincisidə deyərdim ki, müasir modern inkişaf və onun geniş tətbiqinə şəraitin yaradılmasıdır. Xüsusi olaraq, qürurla qeyd etmək istəyirəm ki, Partiyamızın sədri, Prezident İlham Əliyevin irəli sürdüyü və Yeni Azərbaycan Partiyasının devizi olan "Biz birlikdə güclüyük" şüarı xalqımızı daha böyük zəfərlərə aparacaqdır. Bu gün qədirbilən Xalqımız Partiyamızın 31 illik yubiley-ini, ölkəmizin hər-bir tərəfində böyük sevinc hissi və əhval-ruhiyə ilə qeyd edir. Bu da Yeni Azərbaycan Partiyasının banisi Ulu öndər Heydər Əliyevin ruhunu şad edir. Nəinki ölkəmizdə, bölgədə və dünyada böyük nüfuz sahibi olan Partiyamızla fəxr edirik. Müasir Dövlətçiliyimizin banisi, ulu öndər Heydər Əliyevin başladığı işlər, onun siyasi məktəbinin layiqli davamçısı, varisi, ölkə başçısı tərəfindən uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir.
Sonda vurğulamaq istəyirəm ki, Yeni Azərbayan Partiyası bütün dünya azərbaycanlılarının sevimlisi, dahi şəxsiyyət Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşdi və ölkənin ictimai-siyasi həyatında hazırki mövqeyini tutdu.Beləliklə ölkədə Ulu öndər Heydər Əliyevin dövlətçilik və idarəçilik
fəlsəfəsində, doğma partiyamız Yeni Azərbaycan Partiyasının rolu çox böyükdür!
#Birlikdəgüclüyük
YENİ AZƏRBAYCAN PARTİYASI
Saatlı rayonu 15 saylı ƏPT-nın
sədri Vüqar Məmmədov.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər