AZƏRBAYCAN – İRAQ ƏLAQƏLƏRİ MÖHKƏM TƏMƏLLƏR ÜSTÜNDƏ QURULUB.
Tarix: 23-11-2023 | Saat: 09:41
Bölmə:Özəl | çapa göndər
Azərbaycan və İraq xalqları arasında əlaqələrin qədimliyi barədə nəsə deməyə ehtiyac yoxdur, tarix özü danışır. Xalqımızın İraqa daim xüsusi bir rəğbəti olub, bu da təsadüfi deyil, İraqın müqəddəs Nəcəf və Kərbəla şəhərləri bizim üçün də mühüm önəm daşıyan məkanlar sayılır. İslam dininin elmi şəkildə öyrənilməsində və yayılmasında da İraqın böyük rolu olub. İki dost və qardaş dövlət arasında dini və mədəni əlaqələr də daxil olmaqla bütün sahələrdə ikitərəfli münasibətlər son illər daha da inkişaf edir, ölkə başçılarının xüsusi diqqəti sayəsində Azərbaycan-İraq əlaqələrinin yeni bir dövrü başlayır. Dövlət başçılarının, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, imzalanan sənədlər münasibətlərin inkişafına fayda verərcək. Həm 44 günlük Vətən savaşında, həm də son günlər keçirilən əməliyyatlarda dostlarımızın siyasi və mənəvi dəstəyi bizim üçün çox önəmlidir. İraqın beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsini xalqımız yüksək dəyərləndirir. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir. Azərbaycan və İraq arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Hər iki dövlətin adət-ənənələrində də müəyyən oxşarlıqlar var. Bildiyiniz kimi, hələ sovet vaxtı, 1974-cü ildə İraq Respublikasının Azərbaycanda Bakı şəhərində Baş Konsulluğu fəaliyyət göstərirdi. SSRİ respublikaları arasında yeganə ilk İraq konsulluğu burda açılmışdı. Bu da bizim ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu sübut edir.
Sovet İttifaqının dağılmasından sonra İraq Azərbaycanın müstəqilliyini tanıyan ilk on dövlətlərdən biri olmuş və 1992-ci ildən etibarən ölkələrimiz arasında diplomatik əlaqələr səfirlik səviyyəsinə yüksəlmişdir. Bizim ölkələrimizi tarixi, dini, mədəni, qardaşlıq əlaqələri bağlayır. Bildiyiniz kimi, hələ sovet vaxtı, 1974-cü ildə İraq Respublikasının Azərbaycanda Bakı şəhərində Baş Konsulluğu fəaliyyət göstərirdi. SSRİ respublikaları arasında yeganə ilk İraq konsulluğu burda açılmışdı. Bu da bizim ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu sübut edir. Sovet İttifaqının dağılmasından sonra İraq Azərbaycanın müstəqilliyini tanıyan ilk on dövlətlərdən biri olmuş və 1992-ci ildən etibarən ölkələrimiz arasında diplomatik əlaqələr səfirlik səviyyəsinə yüksəlmişdir. Bizim ölkələrimizi tarixi, dini, mədəni, qardaşlıq əlaqələri bağlayır. Beynəlxalq təşkilatlarda Azərbaycan və İraq arasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir. İraq Azərbaycan tərəfini, Azərbaycan isə İraqı dəstəkləyir. Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. İraq Azərbaycan dost və qardaş ölkələrdir. Bu dostluq və qardaşlıq həm torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə, həm də Vətən müharibəsi və işğaldan azad olunmuş ərazilərimizin yenidən qurma və bərpası müddətində yüksək səviyyədə nümayiş olunur. İraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İraq, həmçinin Azərbaycanın Zəfərinə böyük dəyər verən və sevinən ölkədir. Səfər zamanı hər iki ölkənin rəhbərləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlər imzalanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə digər dövlətlər və xalqlarla sülh şəraitində yaşamaq və münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsinə əsaslanan uğurlu xarici siyasət aparılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın İraq, eləcə də digər ölkələri ilə əməkdaşlığı daim yüksələn xətt üzrə inkişaf edir, xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri dərinləşir və çoxşaxəli tərəfdaşlığımız yeni inkişaf mərhələsinə qədəm qoyur. Dünyada cərəyan edən qlobal proseslərin fonunda dövlətlərimiz inamla qələcəyə addımlayırlar və mühüm inkişaf dinamikasını nümayış etdirirlər.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər