Gəncədə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tarix: 22-11-2023 | Saat: 17:13
Bölmə:Özəl | çapa göndər

Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Gəncə şəhərində də ədliyyə işçiləri peşə bayramlarını və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105-ci ildönümünü qeyd ediblər.
aia.az xəbər verir ki, bununla əlaqədar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov, Gəncə regional Ədliyyə şöbəsinin rəisi İlkin Nəcəfov və ədliyyə işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən icra başçısı Niyazi Bayramov qeyd edib ki, bir əsrdən artıq zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 105 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edən şəhər rəhbəri onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra tədbir işitrakçıları Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat alıblar.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-06-2025