Həyat Kəlbəcərə sürətlə geri dönür
Tarix: 22-11-2023 | Saat: 15:05
Bölmə:Siyasət / Özəl | çapa göndər
2020-ci il noyabr ayının 10-da Azərbaycanın II Qarabağ Mühribəsində tam və qəti qələbəsinin nəticəsi və təsdiqi olaraq imzalanmış üçtərəfli Bəyanatın ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması oldu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etmək məcburiyyətində qaldı. Bu qrafikə əsasən 2020-ci il noyabr ayının 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsinə dair 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.
Kəlbəcər adının mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi ki, bu insanlar rayon ərazisində mpvcud olmuş 1 şəhər, 1 qəsəbə, 145 kənddə yaşayırdılar.
1993-cü il aprel ayının 2-də Ermənistan tərəfindən Kəlbəcər rayonu işğal edildikdən sonra bütün bu yaşayış məntəqələrinə, rayonun infrastrukturuna dağıdıcı zərbələr vuruldu. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Eyni zamanda işğal nəticəsində rayon ərazisində mövcud olmuş onlarla tarixi-mədəniyyət abidəsi, yüzə yaxın məktəb, uşaq bağçaları, yüzdən çox kitabxana, onlarla klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi, yüzdən artıq səhiyyə müəssisələri, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika talan edilib, dağıdılıb. Rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
İşğal dövründə beynəlxalq təşkilatların münaqişənin həlli məsələsinə sərgilədikləri münasibətdən doğan cəzaszlıq mühitindən məmnun qalan və bu əsasla daha da azğınlaşan Ermənistan 2020-ci il 27 sentyabr tarixində Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı dinc sakinlərin ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğlına son qoydu və beynəlxalq hüququ bərpa etdi.
Bu gün isə Kəlbəcərdə də işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi iri miqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər zamanı həmin ərazilərdə gedən quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin əsasının birbaşa dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. İlk növbədə dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur. Həmçinin işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025