Cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası
Tarix: 21-11-2023 | Saat: 12:44
Bölmə:Siyasət / Özəl | çapa göndər
Yeni Azərbaycan Partiyası - Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.
Azərbaycanda 90-cı illərddə baş verən hadisələr vətəndaş müharibəsi təhlükəsi yaratmaqla yanaşı mövcud olan xaos və anarxiya insanların həyatını da təhlükə altında qoyurdu. Həmin zamanda 16 oktyabr 1992-ci ildə 91 nəfər ziyalının ulu öndərə müraciətinə Ulu Öndər Heydər Əliyev belə cabab vermişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan xalqı sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində Yeni Azərbaycan Partiyası, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Tariximizə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Eləcə də, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Nəhayət, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ümummilli lider cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan YAP qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. YAP qısa zaman kəsiyində ümumxalq partiyasına çevrilmiş və yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. 5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilmiş qərar əsasında YAP-ın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir.
Azərbaycanın inkişafı naminə Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə əsrin qalib ölkəsinin dünyada nüfuzunu qaldırmaq ən aktual məsələdir. Ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir və verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında Partiyanın yeni Proqramı təsdiq edilmişdir. Qeyd edək ki, Partiyanın yeni Proqramı beş fəsildən ibarətdir: - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri”, “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” .
Yeni Azərbaycan Partiyası həmişə Prezident cənab İlham Əliyevin yanındadır, çünki Azərbaycan xalqı sabaha inamla baxır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər