Mobil versiya
"Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdiririk" - Hakan Fidan
Tarix: 21-11-2023 | Saat: 12:15
Bölmə:Siyasət | çapa göndər

"Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdiririk" -

Biz Azərbaycanla bütün mənalarda və "bir millət, iki dövlət" şüarı ilə həmrəyliyimizi davam etdiririk.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan TBMM-də 2024-cü ilin büdcə müzakirələri zamanı bildirib.

O, çıxışında Cənubi Qafqaz və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsinə də toxunub. Hakan Fidan vurğulayıb ki, Türkiyə Azərbaycanla razılaşaraq Ermənistanla münasibətlərin normallaşması prosesini davam etdirir: "30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda sülh təmin olundu. Biz Azərbaycanla koordinasiya edərək Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdiririk. Ermənistan Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə müvafiq konstruktiv yanaşma ilə cavab verməlidir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025