Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir
Tarix: 21-11-2023 | Saat: 10:34
Bölmə:Özəl | çapa göndər
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü tamam olur. Bu tarix neçə mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.
21 noyabr 1992-ci il, Yeni Azərbaycan Partiyasının yarandığı həmin gündən keçən 31 il ərzində ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələri yazılıb. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası gücünü Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib.Bu gün Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündə canlanır, dahi rəhbərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hər an hörmətlə, ehtiramla anılır.Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranması haqqındakı fikirləri o dövrün mürəkkəb ictimai-siyasi şəraitini özündə əks etdirir. "1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında biz partiyanın yaranması ilə əlaqədar xeyli işlər gördük və ilk konfrans keçirdik. Respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalan Yeni Azərbaycan Partiyası hər qurultayında qəbul etdiyi tarixi qərarlar ilə ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb, ölkəmızın ictimai - siyasi həyatına yeniliklər gətirib. 2021-ci il martın 5-də keçirilən partiyanın VII qurultay bir daha göstərdi ki, YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı ölkə Prezidenti İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayiş etdirdi. Ölkənin hakim siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında da bu islahatların davam etdirildiyi və əldə edilən müsbət nəticələr göz önündədir. VII qurultayda Partiya Sədri, Prezident İlham Əliyev əldə edilən uğurları, aparılan hərtərəfli islahatları yüksək dərəyləndirərək, partiya qarşısına yeni vəzifələr qoydu. Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyasının VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiqlənməsi, partiya rəhbərliyində baş verən dəyişikliklər, yeniliklər də təşkilati nöqteyi-nəzərdən böyük önəm daşıyıb. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır".
Qalib xalqımızın zəfər partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi və Azərbaycana qalib dövlət imici qazandırması da bu reallığın təsdiqidir. İqtidar partiyası kimi YAP ölkəmizin daxili və xarici siyasətinin əsasında durur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 gün ərzində 30 illik işğala son qoyması və nəticədə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin və ərazi bütövlüyümüzün bərpa edilməsi məhz Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin və böyük dühanın siyasi varisi möhtərəm Prezident cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının beynəlxalq siyasi partiya təşkilatlarında da müvəffəqiyyətlə təmsil olunması ölkəmizin milli maraqlarının regional və qlobal səviyyədə qorunması baxımından böyük önəm daşıyır. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi siyasi önəm daşımaqla ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli və vacib töhfədir. Partiyamızın çoxminli üzvləri Heydər Əliyev ideyalarına sadiq qalaraq bu ideyaların təbliğində, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təşviqində aktiv mövqeyə malikdirlər. Bütövlükdə, Azərbaycan cəmiyyətinin intellektual potensialı YAP-ın sıralarında cəmləşib, gənclərimiz və qadınların partiyanın həyatında fəal iştirak edirlər. Beləliklə, 31 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, YAP bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Göründüyü kimi, tarixin bütün sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun olaraq daim yeniləşməyə maraq göstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını birləşdirir.
Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və güc mərkəzidir.Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolu haqqındakı fikirləri də partiyanın taleyüklü məsələlərin həllindəki rolunu aydın ifadə edir. "Azərbaycanın bugünkü sürətli inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə tərəqqisində aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının çox mühüm və davamlı rolu vardır. Yeni Azərbaycan Partiyası Vətənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir və fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə qazandığı böyük nüfuzun nəticəsidir".Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025