Mobil versiya
Ermənistan təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz dogma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb
Tarix: 21-11-2023 | Saat: 09:43
Bölmə:Özəl | çapa göndər

Ermənistan təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz dogma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb

Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti 1988-1994-cü illər ərzində daha da kəskinləşmiş və xalqımza qarşı insanlıq tarixinə sığmayacaq formada hərbi cinayətlər törədilib. Bu illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Tarixi faktlar sübut edir ki, rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri əsla nə miqyas, nə də ki sərhəd tanıyıb.
Birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş 25 şəxsin Azərbaycan ərazisində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən qətlə yetirilərək Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda dəfn edilməsi insanlıq məfhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərin kobud formada pozulmasıdır. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.  Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq bunların dövlət siyasətidir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu cinayətlərini görməzdən gəlir. Heç bir təzyiq və təsirlərin olmaması isə sanki Ermənistanı növbəti cinayətlərə sövq edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün qanlı cinayətlər həm də Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasının göstəricilərdir.
Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı törətdiyi müharibə cinayətlərini də mütləq şəkildə qeyd etmək lazımdır. Hərbi əməliyyat zonasından kilometrlərlə uzaq şəhər, rayon və kəndlərimizin qadağan olunmuş ballistik raketlərlə vurulması, postmünaqişə dövründə isə mina xəritələrinin təqdim edilməməsi Ermənistanın müharibə cinayətlərinin tərkib hissəsidir. Həmçinin bu beynəlxalq humanitar hüququn kobud qaydada pozulması deməkdir.
Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq bunların dövlət siyasətidir.

Leyla Haşumova
Nəsimi rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025