Ayxan Hacızadə XİN və MN-in birgə brifinqinin məqsədini açıqladı
Tarix: 20-11-2023 | Saat: 16:31
Bölmə:Siyasət | çapa göndər
“Bizim brifinqimiz Azərbaycanın antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin ifşa edilməsi ilə əlaqədardır. Qeyd edim ki, Azərbaycan özünün suverenliyini bərpa edib”.
aia.az-ın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqində XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinə dövlətlərarası razılaşma olmadan qeyri-qanuni silah daşımalarını həyata keçirib.
“Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi qurana qədər Ermənistan təkcə silah tədarükünü həyata keçirmirdi. Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində minalar basdırırdı. Biz beynəlxalq ictimaiyyətə üzləşdiyimiz çağırış barədə mövqeyimizi çatdırmışdıq”, - deyə Ayxan Hacızadə bildirib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycanın antiterror tədbirlərindən sonra Ermənistanın 2021-ci ildə istehsal olunmuş sursatları Qarabağda tapılıb.
Qeyd edək ki, brifinq Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nəzərdə tutulub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı
29-10-2024